Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən verilən xəbərə görə, təlim çərçivəsində "Həyəcan" siqnalı ilə cəmləşmə rayonlarına çıxarılan qoşunların idarə olunması praktiki həyata keçirilir. Ərazidə əməliyyatların qərargahlar tərəfindən planlaşdırılmasından sonra qəbul edilmiş qərarlar Simulyasiya mərkəzində kompüterlər üzərində icra ediləcək.
Təlim avqustun 24-dək davam edəcək.
