Sizin reklam burada
Sizin reklam burada
  • Özbaşınalıq və ya günün günorta çağı təxribat!

    Özbaşınalıq və ya günün günorta çağı təxribat! Masallı "İsti-Su" Fatimeyi-Zəhra, Şəfa sanatoriyasında reketlik edən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Cənub Regional Bölməsinin əməkdaşlarını Rayon Polisi müdafiə edir?!!!

    3 gün əvvəl AQTA Cənub Regional Bölməsinin əməkdaşları Masallı "İsti-Su" Fatimeyi-Zəhra, Şəfa sanatoriyasında əsl reketlik edərək korrupsiya əməllərinə yol veriblər. İstəklərinə çata bilmədiklərini görüb vəzifələrindən sui-istifadə edərək, sanatoriya rəhbərliyinə-Hacı İldırım Allahverdiyeva qarşı təzyiq göstərib, cəmiyyətə xas olmayan nalayiq hərəkətlər edərək, hətta yeməkxana mətbəxindəki qazanın içərisinə tüpürüblər. Bütün bunları etdikdən sonra "qara məni basınca...", deyə dərhal Rayon Polis Şöbəsinə gedərək, necə deyərlər Hacını qabaqlayaraq, sanatoriya rəhbərliyindən şikayət ediblər. Polis Şöbəsindən onların tərsinə çevrilən"valları"na inanaraq Hacı ildırım Allahyarovu haqq-nahaqq gətizdirib saatlarla saxlayıblar.
    Əcəba reket əməllərinə məruz qalan da Hacı İldırım, ittiham olunaraq şöbədə saxlanılan da Hacı İldırım. Bütün bunları izləyən və işıqlandıran Mediatv.az saytının baş redaktoru Əfqan Bəhluloğlu polislər tərəfindən hədəfə götürülür. Ona yazını saytdan çıxarmasını bildirirlər. Özünün dediyinə görə Ə. Bəhluloğlu sözünü geri götürməyəcəyini bildirir. Az keçmir günün ikinci yarısı sanatoriya ərazisində park etdiyi Mersedes markalı maşınına yaxınlaşanda arxa qapının şüşəsinin çiliyləndiyini görür...
    Bütün bunları biz onunla sanatoriyada görüşüb Hacı İldırımın başına gələn hadisələri birgə izləyərkən və müzakirə edərkən mənə danışdı. Maşına yaxınlaşanda gözlərimə inanmadım. Günün günorta çağı təxribat... Mediatv.az rəhbəri bildirdi ki, maşınının şüşəsini çiliyləyərək həyat yoldaşının arxa oturacaqdakı 15 min manatlıq qızıl-zinət əşyalarını oğurlayıblar. Dəhşət!!!
    Baş verənlərə hüquqi qiymət verilməsi üçün Daxili İşlər Naziri, hörmətli Vilayət müəllim Eyvazova müraciət edirik, dostlar! Biz hansı zamanda yaşayırıq? İnanırıq ki, dünyanın inkişaf etmiş hüquqi, demokratik ölkəsi olan Azərbaycanda cənab Prezidentin həyata keçirdiyi Regionlarda Turizmin İnkişafina dair Dövlət Proqramı çərçivəsində sahibkarların işlərinə mane olan, onlara təzyiq göstərən, təhqir edən belə reket qrupunu müdafiə edən polis əməkdaşlarının barəsində qanuni ölçü götürüləcək, eyni zamanda baş qaldıran əyintiləri yazan mətbuat işçilərinin qarşısına sipər çəkmək istəyənlərə qarşı hüquqi tədbir görüləcək!
    Özbaşınalıq və ya günün günorta çağı təxribat!
    Özbaşınalıq və ya günün günorta çağı təxribat!
    Özbaşınalıq və ya günün günorta çağı təxribat!
    Özbaşınalıq və ya günün günorta çağı təxribat!
    Özbaşınalıq və ya günün günorta çağı təxribat!
    Özbaşınalıq və ya günün günorta çağı təxribat!
    Özbaşınalıq və ya günün günorta çağı təxribat!
    Özbaşınalıq və ya günün günorta çağı təxribat!

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ