Bunu onun son iki ayda, yəni sözügedən DYP-yə rəis təyin olunduqdan sonra dərhal işə başlayaraq, qısa müddət ərzində inzibati binada, eləcə də həyətyanı sahədə həyata keçirdiyi yüksək təmir-bərpa işlərini görərkən sanki vicdanımız qarşısında hesabat verərək söyləmək, qələmə almaq qərarına gəldik. Başının üstündə Allahı duyub, dərk edən hər kəs dediklərimizin gedib gözlərilə görərkən yəqin ki, bizim saxta, mədhiyyədən uzaq fikirlərimizlə razılaşar.
Qeyd edək ki, iki ay öncəyə qədər H.Məmmədov Sabunçu DYP-də inzibati təcrübə üzrə inspektor işləyirdi. Uzun illərdən bəri yığılıb qalan problemlər, dövrün tələbləri ilə uyğunlaşmayan iş otaqları, koridor divarlarının yararsız halda olması, bir sözlə kifayət qədər görüləsi işlərin donmuş halda qalması onu hər zaman narahat edirdi. Bütün bunların ən müasir formada həllinin tapılması əlbəttə, H.Məmmədovun buraya rəhbər təyin olunması ilə başladı. Rəis otağından tutmuş digər otaqlara, inzibati heyətin əyləşdiyi bütün otaqlar analoqu olmayan ən müasir tələblər səviyyəsində təmir olunmuş, koridor boyunca müasir işıqlandırma quraşdırılmış, divarlarda aidiyyatı üzrə foto-stendlər bərkidilmiş, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən foto-şəkillər xüsusi və diqqət çəkən foto-stenddə yerləşdirilmişdir. Dəhliz boyunca, eyni zamanda hər bir inzibati otağın estetik zövqə uyğun qapısı və qapıdan içəri otaqlar yüksək keyfiyyətlə işlənərək, müasir inventarlarla təchiz olunmuşdur. Azərbaycanın dövlət atributları və polis marşı, ulu öndər və cənab Prezidentin Azərbaycan polisi haqqında söylədiyi fikirlər və digər diqqət çəkən məsələlər, həmçinin koridor boyunca divarlarda foto-stend qaydasında öz əksini tapır. Qanun pozuntusuna görə inzibati məsuliyyətə cəlb olunan sürücülərin cərimələri ödəmələri üçün giriş qapı tərəfdə xüsusi asan ödəniş bankomatları quraşdırılıb.
Həyətyanı sahədə yaradılan nümunəvi şərait, estetika, gözəl görkəm, həmişəyaşıl ağaclar və gül-çiçəklər adamı heyran edir. Həyətdə ucaldılan Azərbaycan bayrağı isə dövlətimizə sədaqətin rəmzidir. Hələ növbətçi otağında yaradılan yüksək şəraiti demirik. Həyətdə rastlaşdığımız bir neçə sürücü ilə söhbət zamanı yazının əvvəlində qeyd etdiyimiz kimi, yaradılan bütün bu nümunəvi şərait, estetik gözəllik DYP rəisi Hafis Məmmədovun xarakterinin görüntüləridir. Onun və əməkdaşlarının qəbuluna gələn hər kəs kollektivdən razılıq edir, göstərdikləri insani münasibəti, səmimiyyəti, nəzakəti, humanistliyi xüsusi vurğuladılar.
P.S. Biz də öz növbəmizdə redaksiyanın yaradıcı kollektivi adından başda Sabunçu rayon DYP-nin rəisi Hafis Abbas oğlu Məmmədov olmaqla, bütün inzibati heyətin nümunəvi işini yüksək dəyərləndirir, onlara bu şərəfli peşələrində uğurlar diləyirik.
Bəradər Səməndərli
