Milli Məclisin deputatı Vüqar Bayramov 77-ci Beynəlxalq Astronavtika Konqresində iştirak etmək üçün oktyabrın 3-də Türkiyə Respublikasının Antalya şəhərinə səfər edəcək.
Səfər çərçivəsində millət vəkili kosmik təhlükəsizlik və bu sahədə tədqiqatlarla bağlı müzakirələrdə iştirak edəcək. Tədbirdə deputatımızın “Kosmos texnologiyası Azərbaycan cəmiyyəti üçün hansı dəyərli həll yolları təklif edir?” mövzusunda çıxışı nəzərdə tutulub.
Səfər oktyabrın 9-da başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
