Sizin reklam burada
Sizin reklam burada
  • Milli Məclisin deputatları Şimali Kiprə səfər edəcəklər

    Milli Məclisin deputatları Şimali Kiprə səfər edəcəklər Milli Məclisin Azərbaycan-Şimali Kipr Türk Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev, qrupun üzvü Azər Allahverənov və deputat Elçin Mirzəbəyli noyabrın 14-də Şimali Kipr Türk Respublikasının Lefkoşa şəhərinə səfər edəcəklər.
    Səfər çərçivəsində millət vəkilləri Şimali Kipr Türk Respublikasının yaranmasının 42-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak edəcəklər.
    Səfər noyabrın 17-də başa çatacaq.
     
    Milli Məclisin Mətbuat və
    ictimaiyyətlə əlaqələr şöbəsi


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ