Bu uğurların həyata keçirilməsində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevin fəaliyyəti xüsusi qeyd olunmalıdır. O, Cənab Prezidentin tapşırıq və göstərişlərini yüksək məsuliyyət və dəqiqliklə yerinə yetirərək, dövlət siyasətinin yerli səviyyədə səmərəli icrasını təmin edir. Elvin Paşayevin rəhbərliyi ilə Göygöldə son illər ərzində yeni sosial obyektlər tikilmiş, abadlıq və yenidənqurma işləri geniş vüsət almışdır. Rayonun kənd və qəsəbələrində həyata keçirilən layihələr bir daha təsdiq edir ki, görülən bütün işlərin mərkəzində Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyası dayanır.
Xüsusilə şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğı, dövlət başçısının sosial siyasətinin yerli səviyyədə yüksək sədaqət və məsuliyyətlə icra olunduğunu göstərir.Elvin Paşayevin bu istiqamətdə Prezidentin “Qəhrəmanların ailələrinə xidmət – dövlətin borcudur” prinsipinə sadiq qalaraq hər bir ailəyə fərdi yanaşma sərgiləyir. Göygöl rayonunda vətəndaşlarla dövlət qurumları arasında etimad və birliyin güclənməsi, şəffaf idarəetmə və ictimai açıqlığın təmin olunması Elvin Paşayevin fəaliyyətinin əsas prioritetlərindəndir. Onun idarəçilik üslubu ədalət, dürüstlük və hesabatlılıq prinsiplərinə əsaslanır.
Bu gün Göygöldə görülən hər bir işdə həm Prezident İlham Əliyevin dövlətçilik vizyonunun izi, həm də Elvin Paşayevin təşkilatçılıq bacarığının və rəhbərlik məharətinin imzası görünür. Bu gün Göygöl rayonu inkişafın, yeniləşmənin və vətəndaş məmnuniyyətinin rəmzinə çevrilibsə, bu uğurda Elvin Paşayevin əvəzsiz rolu danılmazdır. O, öz fədakarlığı, xalqla birliyi və Vətənə sədaqəti ilə digər icra başçıları üçün nümunəvi model formalaşdırmış dövlət məmurudur.
Göygöl əhalisi əmindir ki, Cənab Prezident İlham Əliyevin rəhbərliyi və Elvin Paşayev kimi fədakar dövlət qulluqçularının fəaliyyəti nəticəsində rayon qarşıdakı illərdə daha böyük inkişaf və tərəqqi yoluna qədəm qoyacaq.
Prezidentin qayğısı – xalqın rifahı, Elvin Paşayevin əməli – bu qayğının real təcəssümüdür!
Zahir Məmmədov
