Sizin reklam burada
Sizin reklam burada
  • ATƏT-in tədbirində

    ATƏT-in tədbirində Milli Məclisin ATƏT PA-da nümayəndə heyətinin üzvü, qurumun İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitəsinin sədri Azay Quliyev oktyabrın 27-də Avstriyanın Vyana şəhərinə səfər edəcək.
    Millət vəkili səfər çərçivəsində ATƏT-in 2025-ci il İqtisadi və Ətraf Mühit Ölçüsü üzrə İcra iclasında iştirak edəcək. Deputatımızın tədbirdə çıxışı nəzərdə tutulub.
    Səfər oktyabrın 30-da başa çatacaq.
     
    Milli Məclisin Mətbuat və
    ictimaiyyətlə əlaqələr şöbəsi

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ