Bu sözləri oktyabrın 15-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş ofisində təşkilatın Baş katibi Ramil Həsən deyib.
O, eyni zamanda, qeyd edib: “Türk Dövlətləri Parlament Assambleyası və qardaş ölkələr üçün yeni bir səhifə açmaq bizim mənəvi borcumuzdur. Qeyd etmək istəyirəm ki, burada gördüyünüz TÜRKPA-nın diplomatik korpusunun bütün əməkdaşları bir ölkənin təmsilçisi deyil, ortaq ailəmiz olan Türk dünyasının təmsilçiləridir.
Ona görə də hər birimiz həm Qazaxıstan, həm Qırğızıstan, həm Özbəkistan, həm Türkiyə, həm də Azərbaycan üçün canla-başla birlikdə çalışmalıyıq və çalışacağıq. Bu, bizim mənəvi borcumuz, həmçinin bizə olan etimad, etibardır.”
