
YAP Nəsimi rayon təşkilatının əməkdaşı
Cəbrayıl rayonunun Vətən müharibəsində xüsusi rol var. Şuşanın işğaldan azad olunması bizim üçün nə qədər əhəmiyyətli idisə Cəbrayılın işğaldan azad olunması da o qədər əhəmiyyətlidir. Vətən müharibəsində ilk işğaldan azad olunan Cəbrayılda artıq həyat canlanır. Tarixin ağrılı-acılı günlərinə baxanda bu rayonun düşmən tərəfindən qəsb edildiyinin, infrastrukturunun dağıdıldığının şahidi oluruq.
23 avqust 1993-cü ildə erməni hərbi birləşmələri tərəfindən qəsb edilmişdi. İşğaldan əvvəl sahəsi 104980 hektar olan Cəbrayıl rayonu 23 inzibati ərazi nümayəndəliyini, o cümlədən 1 şəhər, 4 qəsəbə, 92 kəndi özündə birləşdirib. İşğal altına düşəndigər ərazilərimizdə olduğu kimi, ermənilər Cəbrayıldada sərhəd tanımayan vandalizm əməlləri törədiblər. Bütövlükdə, işğalın fəsadları çox ağır olub. İşğalnəticəsində rayonun 1 şəhəri, 4 qəsəbəsi, 92 kəndi erməniquldurları tərəfindən talan edilərək yandırılıb, 132-dən çox yerli əhəmiyyətli tarixi, mədəniyyət və dini abidələrvandalizmə məruz qalıb. Bununla bərabər, rayon ərazisindəki 13147 fərdi yaşayış evi, 886 ictimai bina, 8 sənaye, 44 kənd təsərrüfatı, 149 mədəniyyət, 91 təhsil, 1 məktəbdənkənar müəssisə, 3 uşaq musiqi məktəbi, 1 Texniki Peşə məktəbi, 77 səhiyyə, 96 məişət xidməti obyekti, 65 rabitə, 56 körpü və s. düşmən əlinə keçmişdi. Cəbrayıl əməliyyatı həm mürəkkəbliyi, həm də strateji əhəmiyyəti ilə seçildi. Düşmən ərazidə çoxsaylı istehkamlar qurmuşdu, lakin Azərbaycan Ordusu qəhrəmanlıqla bu maneələri aşaraq möhtəşəm Qələbə qazandı. Bu uğur Xocavəndin cənub kəndlərinin, Hadrut qəsəbəsinin, Zəngilan, Qubadlı və Laçın rayonlarının azad edilməsinə yol açdı. Cəbrayıl uğrunda döyüşlərin ən yaddaqalan anlarından biri Xudafərin körpüsündə Azərbaycan Bayrağının ucaldılması oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə baş tutan bu hadisə həm tarixi, həm də siyasi baxımdan böyük rəmzi məna daşıdı. Bu bayraq xalqımızın yaddaşına əbədi qürur anı kimi həkk olundu. Azadlıqdan sonra Cəbrayılda genişmiqyaslı quruculuq işləri həyata keçirilməyə başlanıb.
2021-ci ildə yaradılan “Araz Vadisi İqtisadi Zonası” sənaye parkı bölgənin iqtisadi dirçəlişində mühüm addım olub. Burada logistika, ticarət, gömrük və texniki xidmət mərkəzlərinin yaradılması nəzərdə tutulur. Artıq investisiya portfeli 140 milyon manat olan 18 sahibkarlıq subyekti rezident, 4 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib. Qeyd edək ki, Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə şəhər günləri təsis olunub. Bu qərara əsasən, 4 oktyabr – Cəbrayıl şəhəri günü elan edilib. İndiyədək 659 ailə – 2856 nəfər bu rayona qayıdıb, həmin proses milli birliyin, tarixi ədalətin və Vətən sevgisinin bir təzahürüdür.