Sizin reklam burada
Sizin reklam burada
  • Milli Məclisin sədri Sahibə Qafarova "Böyük iyirmilik" ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammiti çərçivəsində bir sıra görüşlər keçirib

    Xəbər verildiyi kimi, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti "Böyük iyirmilik" (G20) ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammitində (P20) iştirak etmək üçün Cənubi Afrika Respublikasının Keyptaun şəhərində işgüzar səfərdədir.
    Tədbir çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Krallıq Parlamentinin İcmalar Palatasının sədri Ser Lindsi Hoyl, Sinqapur Parlamentinin sədri Seah Kian Penq, Avstraliya Parlamentinin Nümayəndələr Palatasının sədri Milton Dik ilə görüşüb.
    Söhbətlərdə sammitin əhəmiyyəti vurğulanıb, həmçinin ölkələrimiz və parlamentlərimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.

    Milli Məclisin Mətbuat və
    ictimaiyyətlə əlaqələr şöbəsi



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ