Sizin reklam burada
Sizin reklam burada
  • 15 İyun Milli Qurtuluş Günü Azərbaycan xalqının iftixar və ləyaqət tarixidir

    Orxan Cəfərov
    Respublika Psixiatriya Xəstəxanası PHŞ-nin direktor baş direktoru

    Xalqın təkidli istək və çağırışlarına cavab verən Heydər Əliyevin 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəlişi ölkədəki vəziyyəti kökündən dəyişərək, Azərbaycanın müstəqilliyinin və dövlətçiliyimizin qurtuluşunun başlanğıcı oldu. Bakıya gələn kimi xilas missiyasına başlayan Heydər Əliyev həyatını təhlükə altında qoyaraq Gəncəyə yollandı, ilk növbədə hərbi qarşıdurmanın, silahlı dəstələrin Bakıya yürüşünün qarşısını aldı. İyun ayının 15-də isə Ulu Öndər Heydər Əliyev Azərbaycan Ali Sovetinin Sədri seçildi. Cəmiyyətimizin bütün təbəqələrinin iradəsinin təzahürü, habelə bütün siyasi dairələrin məhz Ulu Öndərin xilaskarlıq missiyasına olan ümid və inamlarının göstəricisi olan bu siyasi hadisə sözün bütün mənalarında xalqımızın milli qurtuluşu oldu. Bununla da müasir Azərbaycan tarixində yeni siyasi mərhələ başlandı. Bu mərhələdə xilaskarlıq missiyasını layiqincə yerinə yetirən Ulu Öndər müstəqilliyimizi bütün təhlükələrdən və təhdidlərdən qətiyyətlə qorudu. Məhz Heydər Əliyevin sayəsində respublikamızda baş qaldırmış separatçılıq meyillərinin qarşısı alındı, dövlətçiliyimizə qarşı yönəlmiş bütün cəhdlərin hamısı iflasa uğradıldı.
    Milli Qurtuluşdan başlanmış siyasi proseslərin məntiqi davamı olaraq Heydər Əliyevin 1993-cü ilin oktaybr ayında Azərbaycan Prezidenti seçilməsi isə respublikamızda tamamilə yeni siyasi-ictimai və sosial-iqtisadi münasibətlər sisteminin bərqərar edilməsinə xidmət edən islahatların başlanması ilə müşayiət olundu. Heydər Əliyevin siyasi qətiyyətinin və müdrikliyinin nəticəsi kimi ictimai-siyasi sabitlik təmin edildi, cəmiyyətimizdə əmin-amanlıq yaradıldı, iqtisadiyyatda tənəzzülə son qoyuldu, ölkəmiz inkişaf yoluna çıxdı. Heydər Əliyevin formalaşdırdığı nizami Azərbaycan ordusu nəinki Ermənistanın işğalçı hücumlarının qarşısını aldı, o cümlədən Füzuli istiqamətində torpaqlarımızı azad etdi.
    Beləliklə, Milli Qurtuluşdan başlanan dəyişikliklər qısa zamanda bütün sahələrdə özünü göstərməyə başladı. 1994-cü ilin may ayında cəbhədə atəşkəsin əldə edilməsi isə qarşıda duran vəzifələrin daha sürətlə həyata keçirilməsi üçün zəmin yaratdı. Dövlət quruculuğu prosesini uğurla həyata keçirən Heydər Əliyev müasir Azərbaycan dövlətini yaratdı, öz əməlləri ilə xalqımızın Ümummilli Liderinə çevrildi.
    15 İyun Milli Qurtuluş Günü Azərbaycan xalqının iftixar və ləyaqət tarixidir. 1993-cü il iyun ayının 15-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi ilə başlanan xilaskarlıq missiyası qüdrətli Azərbaycan dövlətinin qurulması ilə nəticələndi və xalqımız bütün problem və təhlükələrdən alnıaçıq, layiqli şəkildə xilas oldu.
    Ona görə xalqımız Milli Qurtuluş Gününü haqlı olaraq Azərbaycanı qüdrətli dövlətçiliyə və yüksəlişə aparan siyasi kursun başlandığı tarix kimi qəbul edir. Böyük məmnunluqla qeyd etməliyik ki, Ulu Öndər Heydər Əliyevin layiqli siyasi davamçısı olan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər, keçdiyi əzəmətli inkişaf yolu, beynəlxalq birlikdə nüfuz sahibinə çevrilməsi Milli Qurtuluşla başlanan qürur tariximizi daha da şərəfləndirir. Prezident İlham Əliyevin müzəffər Ali Baş Komandanlığı ilə Azərbaycanın Vətən müharibəsindəki qələbəsi, Qarabağda erməni separatizminin məhv edilməsi isə göstərir ki, 1993-cü ilin 15 iyunundan başlayan Heydər Əliyev yolu Azərbaycanı həm də yeni zəfərlərə aparır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ