Sizin reklam burada
Sizin reklam burada
  • 28 May - Müstəqillik Günündə Laçın Beynəlxalq Hava Limanının açılışı yeni bir şanlı tarix oldu

    Ehtiram Mehdiyev
    Milli Cəbhə Partiyasının sədr müavini

    Azərbaycanın işğaldan azad etdiyi torpaqlarda inşa etdiyi üçüncü hava limanı olan Laçın Beynəlxalq Hava Limanın açılışında iki qardaş dövlətlərin başçılarının iştirakı nəinki Azərbaycanın bütövlükdə Türk dünyasının uğurudur. Hazırda bu qürurlu tarixi ana şahidlik etmək sevincini yaşayırıq.

    Laçın Beynəlxalq Hava limanı işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin reallaşdırılmasında, yüklərin bölgəyə daşınması və nəqliyyat-kommunikasiya infrastrukturunun formalaşdırılmasında strateji əhəmiyyətə malikdir. Məhz Prezident İlham Əliyev çıxışlarında Qarabağ bölgəsində cənnət yaradılacağını bəyan etmişdi. Artıq bu istiqamətdə əməli fəaliyyət onu göstərir ki, Prezident azad olunmuş torpaqların yenidən qurulmasına dərin həssaslıqla yanaşır və verdiyi sözü əməli ilə həyata keçirir.
    Qarabağ bölgəsinin əvvəlki şöhrəti özünə qayıdacağına şübhəsiz inanırıq!

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ