Rəsmi qəbulda İsveçrə hökumətinin yüksək səviyyəli məmurları, diplomatik korpusun rəhbərləri, ölkənin siyasi, mədəni və işgüzar dairələrin, Azərbaycan diasporunun və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Azərbaycanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfiri Fuad İsgəndərov 107 il əvvəl mayın 28-də Şərqdə, müsəlman dünyasında ilk parlamentli demokratik dövlət - Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğunu bildirib. Səfir Xalq Cümhuriyyətinin keçdiyi yoldan söz açaraq, müsəlman dünyasında ilk demokratik ölkə olan Azərbaycan Demokratik Respublikasının tarixi əhəmiyyətindən, 23 aylıq dövrü ərzində qazandığı uğurlardan, onun müstəqillik yolundakı mübarizəsindən danışıb.
Səfir qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin ölkədə apardığı köklü islahatlar və dəqiq müəyyən etdiyi strategiya Azərbaycanı dinamik inkişafa malik müasir dövlətə çevirdi.
F.İsgəndərov Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan quruculuq işlərindən, regionda yaratdığı reallıqlardan söz açıb.
Tədbir çərçivəsində gənc azərbaycanlı rəssam Şəms Əsgərlinin və tanınmış fotoqraf Andre Jabalinin Azərbaycanın təbiətini, tarixi məkanlarını, abidələrini, tolerantlıq mühitini əks etdirən əsərlərindən ibarət sərgi təşkil olunub.
