Bunu "atributinfo.az"a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib. O, əlavə edib ki, çıxışda qeyd olunduğu kimi, Azərbaycan ilə Gürcüstan arasında dostluq və mehriban qonşuluğa əsaslanan münasibətlər dərin tarixi köklərə malikdir və bu əlaqələr bu gün də strateji tərəfdaşlıq ruhunda inkişaf etməkdədir.
"Dövlətlərimiz arasında qarşılıqlı etimada və hörmətə əsaslanan münasibətlər Cənubi Qafqaz regionunda sülh və sabitliyin möhkəmləndirilməsində mühüm rol oynayır.
Bu əlamətdar gün münasibətilə Gürcüstan dövlətinə davamlı inkişaf, xalqına isə əmin-amanlıq və firavanlıq arzu edirəm."- Deputat deyib.
Bəradər Səməndərli
"Atributinfo.az"
