Bunu "atributinfo.az"a açıqlamasında Milli Məclisin deputatı Məşhur Məmmədov deyib. O, əlavə edib ki,
Bakının urbanizasiya prosesi, köhnəlmiş binaların yenilənməsi, bazar mexanizmləri və yeni şəhərsalma yanaşmaları əsas mövzular oldu:
"Tədbir həm dövlət, həm də özəl sektor nümayəndələrinin iştirakı ilə real problemləri açıq müzakirə etmək üçün mühüm platforma rolunu oynadı. Mən də bir millət vəkili kimi bu müzakirələrdə çıxış edərək məsələlərin qanunvericilik aspektlərini diqqətə çatdırdım. İnanıram ki, bu kimi tədbirlər paytaxtın mənzil sektorunun davamlı inkişafına töhfə verəcək."- Deputat deyib.
Bəradər Səməndərli
"Atributinfo.az"
