Bəli, bu gün Azərbaycanda real müxalifət var — o, parlamentdə də təmsil olunur, cəmiyyət içində də fəaliyyət göstərir. Amma bəzi çevrələr müxalifəti yalnız qışqırmaq, dağıtmaq və ya küçədə şüarlar səsləndirməklə ölçürsə, bu artıq siyasi yetkinlik deyil, populizmdir."
Bunu "atributinfo.az"a açıqlamasında Milli Məclisin deputatı, MCP sədri Razi Nurullayev deyib. O, əlavə edib ki, biz müxalifətik — təkcə ritorikada deyil, əməl və məsuliyyətdə də. Biz qanunvericilik təşəbbüsləri ilə çıxış edirik, hökumətin xalqın mənafeyinə zidd hesab etdiyimiz qərarlarına qarşı səsimizi ucaldırıq, tribundan haqsızlıq hesab etdiyimiz məsələlərə qarşı açıq şəkildə danışırıq və regionlarda insanların problemlərini birbaşa dinləyirik. Bunu görmək istəməyənlər ya məqsədli şəkildə gözlərini yumur, ya da siyasi düşərgələrin içərisində çaşqınlıq yaratmaq istəyirlər:
"Biz səs-küy salmaq yox, nəticə əldə etmək yolunu seçmişik. Əgər kimlərsə müxalifəti yalnız qıcıq doğuracaq radikal çağırışlarla ölçürsə, bu yanaşma Azərbaycanın siyasi sistemini inkişaf etdirmir, əksinə, gözdən salır. Müxalifətin işi xalqa xidmət etmək, real problemləri qaldırmaq və ictimai nəzarəti təmin etməkdir — biz bunu edirik və edəcəyik.
Sonda bir sual vermək istərdim: real müxalifət yoxdur deyənlər, özləri hansı real nəticələr əldə etdiklərini sadalaya bilirlərmi?"- MCP sədri deyib.
Bəradər Səməndərli
"Atributinfo.az"
