Sizin reklam burada
Sizin reklam burada
  • Novruzəli Aslanov İsmayıllı şəhərində vətəndaşları qəbul edib 

    Milli Məclisin deputatı Novruzəli Aslanov 17 yanvar 2025-ci il tarixində İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib. Millət vəkilinin hər həftə keçirdiyi belə görüşlər artıq ənənəvi hal alıb.
    Yanvarın 17-də keçirilən görüş deputatın İsmayıllı şəhərində yerləşən ofisində baş tutub. Görüşdə şəhər sakinlərindən 20 nəfərdən artıq seçicilər, o cümlədən şəhid ailələri və qazilər də iştirak ediblər. Novruz Aslan qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alaraq onların həlli məqsədilə müvafiq addımların atılacağını bildirib.
    Deputat Novruzəli Aslanovun keçirdiyi qəbulda iştirak edən İsmayıllı şəhər sakinləri və rayon ictimaiyyətinin nümayəndələri Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ