Sizin reklam burada
Sizin reklam burada
  • Milli Məclisin iclasında 2025-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələri üçüncü oxunuşda qəbul edilib

    Məşhur Məmmədov
    Milli Məclisin deputatı

    Dekabrın 16-da parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib. İclasda Baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak ediblər.
    Parlamentin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, bugünkü iclasın gündəliyinə 14 məsələ daxil edilib və 10 məsələ 2025-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələridir. O, qeyd edib ki, bu qanun layihələrinə üçüncü oxunuşda baxılacaq.
    Sonra parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verib.
    O, bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən Milli Məclisə təqdim edilmiş 2025-ci ilin dövlət büdcəsi layihəsi və büdcə zərfinə daxil olan digər layihələr həm komitədə, həm də plenar iclaslar çərçivəsində hökumət üzvlərinin və aidiyyəti dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə geniş müzakirə edilib, birinci və ikinci oxunuşda deputatlar tərəfindən dəstəklənib. Komitə sədri qanun layihəsinin müzakirə olunduğu ərəfədə bir sıra dövlət qurumlarında struktur dəyişikliklərinin həyata keçirildiyini, dövlət və icmal büdcələrindən maliyyələşən maliyyə yardımı alan subyektlərin fəaliyyəti ilə ölkə Prezidenti tərəfindən hökumətə müvafiq icra tapşırıqlarının verildiyini, eyni zamanda, büdcə müzakirələri zamanı millət vəkillərinin bir sıra təkliflər irəli sürdüyünü qeyd edib. Bu amillərin 2025-ci ilin dövlət büdcəsinin ikinci oxunuşda qəbul edilmiş layihəsinə müəyyən dəyişikliklərin edilməsi zərurəti yaratdığını və həmin dəyişikliklərin sənədin üçüncü oxunuşu üçün təqdim edilmiş layihəsində öz əksini tapdığını söyləyib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ