"Atributinfo.az" xəbər verir ki, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, DGK Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, "Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası" İdarə Heyətinin sədri, tibb elmləri doktoru Rəşad Mahmudov Türkiyə Respublikasının Antalya şəhərində keçirilən, 3200 nəfərin iştirakı ilə 4 gün davam edən konqresdə iştirak etmişdir. Ölkəmizdən 50-dən çox iştirakçının qatıldığı, dünyanın aparıcı mütəxəssislərinin bir yerə toplaşdığı tədbirdə bu sahədə ən son nailiyyətlər ilə birlikdə həm də qarşıda duran problemlər geniş müzakirə edilmişdir.
Bəradər Səməndərli
"Atributinfo.az"












Bəradər Səməndərli
"Atributinfo.az"
