Qurumun İqtisadi siyasət və inkişaf komitəsinin iclasında “Nəqliyyat infrastrukturu QDİƏT-ə üzv dövlətlərdə inkişaf amili kimi” mövzusunda, Sosial və humanitar siyasət komitəsinin iclasında “QDİƏT-ə üzv dövlətlərdə mədəni irsin qorunmasının gücləndirilməsində parlamentarilərin rolu” mövzusunda hesabat və tövsiyə layihələri müzakirə olunacaq.
Tədbirlərdə, bununla yanaşı, QDİƏT-nın fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılacaq, təşkilati məsələlərə baxılacaq, komitələrin növbəti iclaslarının tarixi, yeri və gündəliyi müəyyən ediləcək.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
