Bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova bu gün BRICS ölkələrinin X Parlament Forumunun plenar sessiyasında çıxışı zamanı səsləndirib. O, məlumat verib ki, hazırda Azərbaycan və Ermənistan Cənubi Qafqaz regionuna uzunmüddətli sülh və sabitlik gətirəcək normallaşma prosesini davam etdirirlər. Spiker təəssüflə bildirib ki, həqiqi sülhün mümkünlüyü artdıqca, biz selektiv yanaşmaların, ikili standartların, müdaxilə cəhdlərinin yenidən gündəmə gəlməsinin şahidi oluruq. Sahibə Qafarova qeyd edib ki, bizim regionumuzda bu yanaşma Fransa tərəfindən aşkar şəkildə tətbiq olunur. Sahibə Qafarova vurğulayıb ki, bu ölkə müxtəlif bəhanələrlə regional dinamikaya müdaxilə etməyə, Cənubi Qafqazı qarşıdurma və özünün biabırçı neokolonial təcrübələr meydanına çevirməyə çalışır. Lakin Azərbaycanın nümayiş etdirdiyi sərt və qəti mövqe hər hansı belə cəhdin qarşısını qətiyyətlə qalır.