Sizin reklam burada
Sizin reklam burada
  • Deputat Milli Məclisin iclasinda məsələ qaldırdı

    "Bu günlərdə sosial şəbəkələrdə qarşıma çıxan vacib məsələni diqqətrinizə çatdırmaq istəyirəm. Əslində bu bir ananın fəryadıdır desəm, daha doğru olar. 4 yaşlı sağlam imkanları məhdud olan Atillanın timsalında bütün bu kateqoriyadan olan vətəndaşlarımızın xahiş və arzusudur."
    Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Cəbi Quliyev çıxışı zamanı səsləndirib. O, əlavə edib ki, bu gün ölkəmizin inklüziv təhsilin həyata keçirilməsi fiziki məhdudiyyətli uşaq və gənclərimizin cəmiyyətə qazandırılması, onların müxtəlif federasiyalar vasitəsi ilə idmana cəlb edilməsi asudə vaxtlarının səmərəli təşkili istiqamətində mühüm işlər görülür:
    "Ölkə başçısının sərəncamı ilə 2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə dövlət proqramı icra olunur. Bütün bunlar bizim həm həmin kateqoriyadan olan uşaq və gənclərimizin təhsil imkanlarının yaxşılaşdırılmasına onların mövcud potensialından bilik və bacarıqlarından düzgün istifadə edilməsinə yaradıcılıq imkanlarının artırılmasına xidmət edir. Mənim danlışacağım məsələ sağlamlıq imkanlarının məhdud uşaq və gənclərimiz üçün daha çox qarşılaşdığımız məsələlərdən biridir. Mən bilmirəm sonuncu dəfə həmkarlarım öz bölgələrində və ya Bakı küçələrində nə zaman əlil arabasında sərbəst və rahat gəzə bilən bir uşaq və ya gənc görmüşük. Sözün açığını desəm, mən belə bir səhnəni yaxın zamanlarda xatırlamıram elə öz yaşadığım Naxşıvan şəhərində də. Əksər vaxtlar bu kateqoriyadan olan vətəndaşlarımız yoldan hər hansı bir küncündə qorxu halında hərəkət edir ya da ümumiyyətlə evlərindən çölə çıxa bilmirlər."
    Deputat çıxışı zamanı Ikinci bir məsələ, həmin kateqoriyadan uşaqlarımızın xüsusilə, uşaq bağçalarındakı prosessə cəlb edilməməsi sıxlıqla qarşılaşdığımız məsələlərdən olduğunu diqqətə çatdîraraq qeyd etdi ki, bu gün ölkəmizdə 65 minə qədər sağlamlıq imkanı məhdud olan uşaq və gənc var. Şəhərlərimizin baş planının hazırlandığı bir vaxtda bu kürsüdən istifadə edib bu planları hazırlayan aidiyyatı dövlət qrumlardan x həmin kateqoriyadan olan vətəndaşlarımızı nəzərə almalarını xahiş etdi:
    "Yeni planlarda şəhərlərimizin daha inklüziv olmasını səkilərimizin, yollarımızın həmin vətəndaşlarımız üçün istifadəyə yararlı olmasını daha ciddi nəzarətdə saxlasınlar. Növbəti bir xahişim dövlət proqramından yararlanan uşaq və gənclərimizin sayı onların təhsil şəraiti, əldə edilən nəticələr və xüsusilə bölgələrdə bu istiqamətdə aparılan işlərlə bağlı Milli məclisdə dinləmələr keçirilməsinə şərait yaradasınız."- Deputat səsləndirdi.

    Bəradər Səməndərli
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ