Sizin reklam burada
Sizin reklam burada
  • AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclasında

    AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclasında Milli Məclisin deputatı, Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin üzvü Nigar Arpadarai bu qurumun Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclasında iştirak etmək üçün dekabrın 7-də Fransanın Paris şəhərinə səfər edəcək.
    Tədbirdə miqrant işçilərin məşğulluğu, miqrantların, qaçqınların və sığınacaq üçün müraciət edənlərin itkin düşməsi, sığınacaq verilməsi prosedurlarında insan hüquqlarına riayətin təmin olunması kimi mövzular müzakirə olunacaq, komitənin əvvəlki iclaslarının protokolları təsdiqlənəcək, təşkilati işlərə baxılacaq.
    Səfər dekabrın 9-da başa çatacaq.

    Milli Məclisin Mətbuat və
    ictimaiyyətlə əlaqələr şöbəsi

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ