Sizin reklam burada
Sizin reklam burada
  • Milli Məclisin sədri Sahibə Qafarova Karaqanda vilayətində baş vermiş faciə ilə əlaqədar Qazaxıstanlı həmkarlarına başsağlığı məktubları ünvanlayıb

    Milli Məclisin sədri Sahibə Qafarova Karaqanda vilayətində  baş vermiş faciə ilə əlaqədar Qazaxıstanlı həmkarlarına başsağlığı məktubları ünvanlayıb Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada baş vermiş faciə ilə əlaqədar Qazaxıstan Respublikası Parlamenti Senatının sədri Maulen Aşimbayevə və ölkə Parlamenti Məclisinin sədri Yerlan Koşanova başsağlığı məktubları ünvanlayıb.
    Milli Məclisin sədri öz adından və deputatlar adından hər iki spikerə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Qazaxıstan xalqına dərin hüznlə başsağlığı verərək, yaralılara şəfa diləyib.

    Milli Məclisin Mətbuat və
    ictimaiyyətlə əlaqələr şöbəsi

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ