Səfər Serbiya Respublikası Milli Assambleyasının Azərbaycanla parlament dostluq qrupunun sədri Duşan Mariçin dəvəti ilə baş tutacaq.
Deputatlarımız Serbiya Milli Assambleyasında bir sıra görüşlər keçirəcək, parlamentlərarası əlaqələrin inkişafı, parlament dostluq qruplarının əməkdaşlığı, qanunvericilik sahəsində təcrübə və informasiya mübadiləsinə dair müzakirələr aparacaqlar.
Səfər oktyabrın 26-da başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
