Atributinfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Milli Məclisin deputatı Sevinc Fətəliyeva AŞPA-nın Sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin iclasında iştirak etmək məqsədilə sentyabrın 17-də Fransa Respublikasının Paris şəhərinə səfər edəcək. Deputatımız iclasda çıxış edəcək, gündəlikdə duran məsələlərə dair müzakirələrə qatılacaq.
Səfər sentyabrın 20-də başa çatacaq.
Bəradər Səməndərli,
/atributinfo.az/
