Şuşada keçiriləcək qlobal forumun iştirakçıları Füzuliyə gəliblər
Siyasət
21-07-2023, 11:50
159
Atributinfo.az xəbər verir ki, Azərbaycan Medianın İnkişafı Agentliyinin təşkil etdiyi “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Şuşa Qlobal Media Forumunda iştirak edəcək nümayəndə heyəti Füzuli Beynəlxalq Hava Limanına gəlib. Forumda iştirak edəcək nümayəndə heyəti ümumilikdə 50 ölkədən 120 media subyekti, 250-dən çox qonaqdan ibarətdir. Forum iştirakçıları daha sonra Şuşa şəhərinə gedəcəklər.