Bu fikirləri Milli Məclisin növbədənkənar keçirilən bugünkü iclasında "Dövlət satınalmaları haqqında" qanun layisinin birinci oxunuşda müzakirəsi zamanı deputat Aydın Hüseynov səsləndirdi. O, bildirdi ki, müzakirə etdiyimiz qanun layihəsinin ən başlıca xüsusiyyəti ondan ibarətdir ki, layihə müasir iqtisadi çağırışları və beynəlxalq təcrübəni özündə əks etdirir. Qanun dövlət satınalmalarının iqtisadi, hüquqi təşkilati əsaslarını müəyyənləşdirir və qısaca desək, qanunun mahiyyəti dövlət vəsaitlərinin yəni, indiki terminlə desək, maliyyə vəsaitlərinin səmərəli və qənaətlə istifadə edilməsini təmin etməkdir.
"Səsləndirəcəyim fikir nədən ibarət olacaq? Birinci növbədə biz görürük ki, qanun layihəsində ümumiyyətlə, indiki halda satınalmalar qurur və dövlət adından bu satınalmanı həyata keçirir. Reallığı dəyərləndirərək qeyd etmək istərdim ki, son illər şəffaflığın təmin olunması istiqamətində xeyli işlər görülüb. Eyni zamanda bu işlərin həyata keçirilməsini və effektliyin səmərəliliyinin əldə olunmasını təkcə inzibati rıçaqlarla deyil, qanunla tənzimlənməsi daha effektiv olur və daha uzun müddətli olur. Ona görə də dediyim kimi, bu qanunu oxumuşam doğurdan da müasir çağırışları özündə ehtiva edir. Burada prosesin daha geniş şəkildə əhatə olunması, satınalma prosesinin səmərəliliyinin daha da effektiv tənin olması üçün mən hesab edirəm ki, bu mərhələ 3 hissədən ibarət olduğu üçün təkcə indiki halda satınalmalar bu təchizatçının təmin olunmasını yox, ona qədər olan proseslərə də nəzarət edə bilsin və yaxud da bu qanunla öz təsdiqini tapsın. Bu nədən ibarətdir? Büdcə proqnozlaşması dövründə həmin büdcə təşkilatına ayrılan xərc, maddələri ilə ayrılan vəsait nominal bir rəqəmdir yoxsa, reallığı əks etdirən bir rəqəmdir və yuxd da o xərc maddəsində nəzərdə tutulan həmin vəsait büdcə layihəsinə lazımdırmı? Lazımlılığı müəyyənləşdirilərək eyni zamanda, onun möcvud bazar qiymətlərinə uyğunluğunu müəyyənləşdirən hər hansı bir nəzarət mexanizmi varmı?
Nəzarət mexanizmi indiki halda var. Demək olmaz ki, burda nəzarət mexanizmi yoxdur. Özbaşına rəqəmlər verilir və yaxud təmin olunmur. Nəsə, bir metadologiyadı yəni, qanun çərçivəsində onu daha da mükəlləşdirmək lazımdır. Digər tərəfdən isə sonrakı mərhələyə qədər yəni, burda həm də iqtisadi səmərədən söhbət gedir. İqtisadi səmərənin biri ondan ibarətdir ki, doğrudan da bu mikro-orta və kiçik biznesə öz müsbət təsirini göstərəcək. İrəli sürəcəyim təklifin mahiyyəti nədir? Bu 6,8 milyard vəsitdir. Həmin 6,8 milyard vəsaitin tərkibində nə qədər əmək tutumu var və bu təchizatçılar müəyyənləşdirilərkən hər hansı bir vəsaiti tenderlərdə və yaxud da digər prosedurlarda vəsaiti udubsa, şərti deyək 100 min., bu 100 min vəsaitin tərkibində nə qədər əmək tutumu var? Yəni, orada nə qədər işçi çalışa bilər? Onun minimal həddi müəyyənləşdirilsin və o təchizatçılar qalib elan olunsun ki, şərtlərin daxilində o da özünü qanun səviyyəsində təsbit etsin ki, orda əsasən qısa dillə desək, işçilərin sayı müəyyənləşsin ki, bu işi neçə nəfər işçinin hesabına görmək olar. Bu hal mütləq nəzərə alınsın. Hesab edirəm ki, bu, iqtisadi effektivliyini daha da artıracaq. Çünki dövlət vəsaitindən istifadə etmək təkcə onun qənaətini yox, eyni zamanda bu gün vətəndaşlarımızın məşğulluğunun təmin olunmasını da da özündə ehtiva etməlidir."- Deputat dedi.
Bəradər Səməndərli
"Atributinfo.az"
