Sizin reklam burada
Sizin reklam burada
  • Milli Məclisin sədr müavini Adil Əliyev Türkiyədə səfərdədir

    Atributinfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti 22-23 may tarixlərində Türkiyənin İğdır və Qars vilayətlərinə səfərdədir. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin və Ali Məclisin deputatları, şəhid atası və Vətən Müharibəsi qazisi daxildir.
    Nümayəndə heyəti, ictimaiyyət nümayəndələri ilə birlikdə ilk olaraq bu gün İğdır vilayətində Soyqırım Abidəsini və Muzeyini ziyarət ediblər. Ermənilər tərəfindən 1915-1920-ci illərdə törədilən soyqırım zamanı şəhid edilmiş qardaşlarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla yad etmiş, dünyadan köçənlərin ruhlarına dualar oxumuşlar. Bu gün dünyada Azərbaycan və Türkiyə qədər dünyada bir-birinə yaxın olan iki qardaş ölkə tapmaq mümkün deyil, ölkələrimiz arasındakı dostluq artıq müttəfiqliyə çevrilmişdir.

    /atributinfo.az/


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ