Bu barədə Milli Məclisin deputatı İltizam Yusifov "Atributinfo.az"-a açıqlama verib:
"İclası açan spiker Sahibə Qafarova bildirib ki, Milli Məclisin xüsusi iclası xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.
Sahibə Qafarova bu yubiley tədbirində iştirak edən xarici ölkələrin parlament sədrlərini və sədr müavinlərini, millət vəkillərini, beynəlxalq təşkilatların təmsilçilərini, diplomatları, bütün qonaqları Milli Məclisin adından səmimi salamlayaraq geniş nitq söyləyib.
Xüsusi iclasda xarici ölkələrdən 12 parlament sədri, 15 sədr müavini, 57 parlament üzvü, 4 beynəlxalq parlament təşkilatının, eləcə də xarici dövlətlərin diplomatik korpusunun təmsilçiləri iştirak edirdilər. Ümumiyyətlə, xarici ölkələrdən dörd qitəni əhatə edən coğrafiyadan 228 nəfər qonaq Bakıya gəlmişdir.
İclasda qonaqların nümayəndə heyətlərinin rəhbərləri Ulu Öndər Heydər Əliyevlə bağlı ürək sözləri söylədilər."- Deputat bildirib.
Bəradər
"Atributinfo.az"
