Sizin reklam burada
Sizin reklam burada
  • Razi Nurullayev: "İranın dövlətçilik tarixi qədim olsa da, müasir düşüncə tərzi çox primitivdir"

    "İranın Azərbaycan dövlətinə, vətəndaşlarına, xalqına qarşı yürütdüyü qərəzli və düşmənçilik siyasətini şiddətlə qınayıram." Bu sözləri Milli Məclisin martın 4-də keçirilən plenar iclasında Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev həmkarı Fazil Mustafaya qarşı törədilən sui-qəsd hadisəsi ilə bağlı cıxışı zamanı söyləyib. Deputat əlavə edib ki, təəssüflə deməliyik ki, o, aramızda olan körpüləri Tehranda səfirliyimizdə törətdiyi terror aktı və deputat Fazil Mustafanın həyatına sui-qəsd aktı törətməklə demək olar ki, tam yandırıb. Hələ də ölkəmizdə siyasi stabilliyin, əmin-amanlığın pozulması üçün daima fəaliyyətdədir.
    "Dövlətləri birləşdirən körpülərin iki tərəfi olur. Onlar öz tərəflərinə düşən hissəni yandırsalar da biz öz tərəfimizdə olan hissəsini qoruyub saxlamaq cəhdi edirik. Bu da bizim dövlətimizin daha müdrik olmasının, region ölkələrinin maraqlarını və çıxarlarını nəzərə almaq istəyimizdən irəli gəlir. Iranın dövlətçilik tarixi qədim olsa da, müasir düşüncə tərzi çox primitivdir, apardığı geopolitik siyasət isə arxaikdir."- MCP sədri deyib.
    Razi Nurullayev İran dövlətinin bizə gözdağı olaraq torpaqlarımıza təcavüz edən və bu gün də militarist siyasət yürüdən Ermənistanla nümayişkəranə tərəfdaşlıq etməsini və onu siyasi alət kimi bizə qarşı istifadə etməsini dilə gətirərək qeyd edib ki, İran özünün bu cür düşmənçilik siyasətinin müqabilində isə bizim İsrail ilə dostluğumuza və səfirlik açmağımıza qısqanclıq və düşmənçilik prizmasından baxır. Necə yəni sənə olar, bizə yox?
    "Ümumiyyətlə başa düşə bilmirəm ki, bu qonşu dövlətlərdə özünü böyük qardaş kimi aparmaq hissi niyə günü-gündən güclənir? Axı müasir insan niyə feodal təfəkkürünə geri dönüş edir? Biz hansı əsrdə və zamanda yaşayırıq? Azərbaycan dövləti üçün böyük və kiçik qardaş prinsipi yoxdur, sadəcə qardaş ölkə, dost ölkə, qardaş xalq və dost xalq prinsipləri var.
    İranla qonşuluq münasibətlərinin qurulması üçün gərək bu dövlət bizə qarşı əsassız hədələrini, təhqir və hücumlarını kənara qoysun, Tehranda səfirliyimizə qarşı törətdiyi terror aktına və deputat Fazil Mustafanın həyatına qarşı təşkil etdiyi sui-qəsdə görə üzr istəsin. Yalnız bu halda münasibətlərin tezliklə normallaşması baş verə bilər. Əks halda, bu düşmənçilik heç bir tərəfə, xüsusən də onlara xeyir gətirməyəcəkdir, bunu da bilsinlər."- Deputat deyib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ