Sizin reklam burada
Sizin reklam burada
  • MDB-yə üzv dövlətlərin Gənclər Parlamentlərarası Assambleyasının iclası keçiriləcək

    MDB-yə üzv dövlətlərin Gənclər Parlamentlərarası Assambleyasının iclası keçiriləcəkMilli Məclisin deputatı Emin Hacıyev MDB-yə üzv dövlətlərin Gənclər Parlamentlərarası Assambleyasının 20-ci iclasında iştirak etmək üçün martın 15-dən 17-dək Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində səfərdə olacaq.
    Tədbirdə “Gənclər siyasəti sahəsində termin və anlayışlar lüğətinin hazırlanması”, “Müasir zamanda gənclərin parlament strukturlarının fəaliyyəti” mövzularında, habelə “Birlik Gəncləri” Elektron kitabxanası” layihəsi ilə bağlı müzakirələr aparılacaq, digər məsələlərə də baxılacaq.
    Millət vəkili Emin Hacıyev yığıncaqda çıxış edəcək.

    Milli Məclisin Mətbuat və
    ictimaiyyətlə əlaqələr şöbəsi

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ