Sizin reklam burada
Sizin reklam burada

Müxalifətçiliyi də gərək kişi kimi edəsən

Ehtiram Mehtiyev
Milli Cəbhə Partiyasının sədr müavini

Xaricdə Prezidentə və onun ailəsinə qarşı aparılan iyrənc kampaniya hər zaman cəmiyyət tərəfindən pis qarşılanıb. Bütün dövrlərdə belə cılız adamlara verilən rollar öz baxış dairəsini genişləndirməyib. Çünki onların mübarizə metodu, müxalifətçilik deyil. Heç radikal müxalifətçilər də belə mübarizə aparmır. Ümumiyyətlə, mübarizənin də bir sərhəddi olmalıdır və sərhəddi aşanlara qarşı bir cəza mexanizmi yaradılmalıdır. Bu kampaniyaya qoşulan sapı özümüzdən olan baltalara və yaxudda ünsürlərə bir nəzər yetirin. Hamısı öz ailələrinə rəva bildikləri sözləri yazırlar. Bunlar üçün ailə anlayışı "pulumu ver söyüm" deməkdir. Bu tərbiyəsizlik, şərəfsizlik və ləyaqətsizlikdir.
Prezident ölkənin simvollarından biridir. Bu simvollara çamur atan, dil uzadan bu ölkənin vətəndaşı ola bilməz və birmənalı olaraq Azərbaycan adından istifadə edə bilməz.
Hesab edirəm ki, taleyüklü məsələlərdə dövlət başçısının yanında olmaq hər bir vətəndaşın borcudur. Hazırda ölkəmiz çətin bir dönəmdən keçir. Bədhaq qonşularımız bizi təhdid edir, hər məqamda bizə qarşı məkirli planlar hazırlayır. Bu məqamda ölkəsinin təəssübkeşi olan hər bir vətəndaş "vətənin daşı" olmalıdır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ