Sizin reklam burada
Sizin reklam burada
  • “Siyasi partiyalar haqqında” qanun layihəsinin yenilənmiş variantı Milli Məclisin internet səhifəsinə yerləşdirilib

    Xəbər verildiyi kimi, Milli Məclisdə parlamentdə təmsil olunan bütün siyasi partiya   nümayəndələrinin müraciəti əsasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi hazırlanıb.
    Sənədin ictimai əhəmiyyətini nəzərə alaraq, qanun layihəsi ilə bağlı siyasi partiyaların, Qeyri-Hökumət Təşkilatlarının, politoloqların və sosial media nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr keçirilib.
    Bu dinləmələrdə və ictimai müzakirələrdə qanun layihəsi ilə bağlı verilən təkliflər, səslənən fikirlər, qeydlər nəzərə alınmaqla qanun layihəsinin yenilənmiş variantı Milli Məclisin internet səhifəsinə yerləşdirilib.
    Qanun layihəsinin yenilənmiş variantı ilə aşağıda göstərilən keçiddən istifadə edərək tanış olmaq olar.

    https://meclis.gov.az/news-layihe.php?id=1880&lang=az&par=0

    Milli Məclisin Mətbuat və
    ictimaiyyətlə əlaqələr şöbəs

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ