Qulu Süleymanov,
Bakı şəhəri 37 saylı Notariat Ofisinin notariusu
Hələ 103 il bundan əvvəl Şərqdə ilk demokratik respublikanın qurulması ilə 1918-ci ildə yaranaraq cəmi 2 ilə yaxın bir dövrdə mövcud olan azərbaycan Ədliyyə Nazirliyi müəyyən dövrlərdə yenidən mövcud olsa da, 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə yenidən təsis edildi və bununla da Azərbaycan ədliyyə tarixində yeni mərhələ başlanmış oldu. Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən və ulu öndər Heydər Əliyev ikinci dəfə ölkə rəhbərliyinə gəldikdən sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər həyata keçirilmiş, Ədliyyə Nazirliyinin cəmiyyətdə rolu və əhəmiyyəti artmış, səlahiyyət dairəsi genişlənmişdir.
Ədliyyə işçilərində və hakimlərdə mənəvi stimul yaradılması məqsədi ilə onların peşə bayramı gününün müəyyən edilməsinə təşəbbüs göstərilərək 22 noyabr - 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi günün ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilməsi üçün dövlət başçısına müraciət edilmiş və ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edilmişdir. O gündən ədliyyə işçiləri öz peşə bayramlarını qeyd edirlər.
Ölkəmizin hüquqi əməkdaşlığının genişlənməsi və beynəlxalq nüfuzunun artması möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin və hərtərəfli islahatların bariz təzahürüdür. Həmçinin Ədliyyə Nazirliyi tərəfindən insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsinə böyük önəm verilərək birgə layihələrin həyata keçirilməsi məqsədilə BMT-nin İnkişaf Proqramı, Avropa Şurası, ATƏT, İnsan Hüquqları üzrə Ali Komissarın ofisi, UNİCEF, Beynəlxalq Qırmızı Xaç Komitəsi və digər qurumlarla səmərəli əməkdaşlıq edilməsi, Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində görülən işlərdə fəal iştirak edilməsi də bu sahədə aparılan uğurlu siyasətin nəticəsidir. Ölkəmizin beynəlxalq təşkilatlarla sıx əlaqəsi və söz sahibinə çevrilməsi uzun tarixi yol keçən Ermənistan-Azərbaycan münaqişəsində də xüsusi rol oynamışdır. Bir çox beynəlxalq təşkilatların münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı çoxsaylı sənədlər qəbul etməsinə baxmayaraq, qarşı tərəf heç bir hüquqi akta məhəl qoymaraq məkrli siyasətlərini davam etdirmiş, tez-tez cəbhəboyu bölgələrdə atəşkəsi pozmuşdur. Nəticədə 27 sentyabr 2020 -ci il tarixində Ermənistanın Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı həyata keçirməsi ilə İkinci Qarabağ müharibəsi başlamışdır. Erməni terror qruplaşması döyüş meydanında gücünü göstərə bilmədiyini anlayaraq Azərbaycanın mülki vətəndaşlarının yaşadıqları şəhər və rayonları raket atəşinə tutmaqla insan hüquqlarını kobud şəkildə pozmuşdur. 29 il bundan əvvəl Xocalı soyqrımının eyniadlı ssenarisini Azərbaycanın ikinci böyük şəhərində, döyüş bölgəsindən xeyli uzaqda yerləşən Gəncədə iki dəfə, daha sonra Bərdədə və Tərtərdə tətbiq etməklə onlarla körpələri, mülki vətəndaşları həlak etmişlər. Beləliklə də Ermənistan tərəfi beynəlxalq hüququn norma və prinsiplərini, habelə elan edilmiş humanitar atəşkəs rejiminin tələblərinə məhəl qoymayaraq dünya ictimaiyyəti tərəfindən ümumbəşər dəyər və beynəlxalq hüquq prinsiplərini pozaraq hərbi cinayət aktlarına imza atmış oldu.
İndi Azərbaycanın dövlətcilik tarixinin ən əlamətdar səhifələri yaşanmaqdadır. Hüquq termini ilə ifadə etsək, tarixi ədalət bərpa olunmuşdur. Bu böyük missiyanı Azərbaycan xalqı özünün yenilməz ordusu və igid sərkərdəsi, Ali Baş Komandanı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keşirmişdir.
Tarixi həqiqət belə idi ki, 1991-ci ildə Sovet ittifaqının süqutundan sonra geniş miqyas almış işğalçılıq müharibəsinin gedişində Azərbaycan ərazisinin 20 faizi - yəni, Dağlıq Qarabağ bölgəsi və onun ətrafında yerləşən 7 rayon - Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş, 20 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 10 minlərlə soydaşımız yaralanmış və əlil olnuşdu. Otən 30 il müddətində beynəlxalq ictimaiyyətin gözü qarşısında bu işğal davam etməkdə idi. Super gücə malik dövlətlər güya münaqişənin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaratdıqları Minsk qurupu əslində işğalın ömrünü uzatmaqla, ikili siyasət apararaq Azərbaycan xalqına bu vəziyyətlə barışmağı təbliğ edirdi. BMT TŞ-nin 1993-cü ildə qəbul etdiyi 822, 853, 874, 884 nömrəli qətnamələrdə, eləcə də BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi 62-243 nömrəli qətnamədə isə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı birmənalı şəkildə təsdiqlənmiş və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilmişdi.
Azərbaycanın tərəfindən münaqişənin sülh yolu ilə həll edilməsinə üstünlük verilməsinə baxmayaraq düşmən təxribatlarını davam etdirirdi. Sentyabr ayının 27-də düşmənin növbəti hücumuna qarşı Azərbaycan BMT-nin nizamnaməsinə uyğun olaraq və özünümüdafiə hüququndan istifadə edərək təcavüzkarı sülhə məcbur etmək məqsədilə əks-hücuma başladı. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsi gedişində möhtəşəm qələbə əldə edərək hərb tarixində yeni şanlı səhifələr yazdı.
2020-ci ilin noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzladıqları Bəyanat uzun illərdən bəri davam edən münaqişəyə, Azərbaycan torpaqlarının işğalına son qoydu. 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları mərhələ-mərhələ Azərbaycana qaytarıldı. Tarixi ədalət öz yerini tutur. Azərbaycanın ərazi bütövlüyü bərpa olunur. Qarabağda Azərbaycan qanunlarının icrasına başlanılır. Biz xöşbəxt nəsilik ki, bu tarixi yaşayırıq.
Bütöv xalqımız kimi, ədliyyə işçiləri də Vətən müharibəsi qələbəsinin sevincini yaşamaqdadır. Bu tarixi qələbəyə görə möhtərəm Prezidentimizə, sonsuz minnətdarlığımızı bildiririk. Məhz onun uzaqgörən rəhbərliyi ilə Azərbaycanda böyük iqtisadi potensial, müasir hərb nəzəriyyəsinin və taktikasının tələblərinə cavab verən Silahlı Qüvvələr yaradılmış, Ali Baş Komandanın dəmir iradəsi, sarsılmaz əzmi və nəticəsində həm döyüş meydanında, həm danışıqlar masasında parlaq nailiyyətlər qazanılmışdır. Tarixi ədalətin bərpa olunmasında canlarından keçərək şəhid olmuş əsgər və zabitlərimizin ruhu qarşısında baş əyirik. İnanırıq ki, onların uğrunda şəhid olduqları Azərbaycan əbədi müstəqilliyinə qovuşmuşdur.
Dünyada həqiqətı və ədalətı müdafiə edən dost dövlətlər sırasında Türkiyyə Cimhuriyyəti qələbəmizə həmişə siyasi dəstək verdi.
Yeni tarixi şəraitdə işğaldan azad edilmiş ərazilərimizdə hüquq işinin təşkili də çox mühüm dövlət siyasətlərindən biri olacaq, Azərbaycanın Ədliyyə Nazirliyi də bu siyasətin həyata keçirilməsinə mühüm töhfələr verəcəkdir. Hüquqi dövlət quruculuğunda tarixi nailiyyətləri olan Azərbaycan bu sahədə zəngin təcrübəyə malikdir. Xatırlamaq yerinə düşər ki, çoxəsrlik dövlətçilik tariximizdə mühüm yeri olan Azərbaycan ədliyyəsinin şanlı tarixi 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə başlanır. Ölkədə hüquq sisteminin inkişafına mühüm əhəmiyyət verilərək elə həmin tarixdə Ədliyyə Nazirliyi təsis olunmuş, Xəlil bəy Xasməmmədov Cümhuriyyətin Nazirlər Şurasında ilk ədliyyə naziri təyin edilmişdir. 1918-ci il noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilmiş, Bakı və Gəncə dairə məhkəmələrinin fəaliyyəti təkmilləşdirilmiş, hərbi məhkəmə təşkil olunmuşdur. Ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə noyabrın 22-si ədliyyə işçilərinin peşə bayramı günü elan olunaraq hər il qeyd edilir. Ötən ildən başlayaraq isə ədliyyə işçilərinin peşə bayramı ədalətin təntənəsi, Azərbaycan qanunlarının tarixi ərazilərimizdə bərpası ilə əlamətdardır.
Azərbaycan ədliyyəsinin möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da ölkəmizin hərtərəfli tərəqqisinə uyğun olaraq uğurla inkişaf edəcəyinə hər birimiz möhkəm əminik.