Sizin reklam burada
Sizin reklam burada
  • İcra başçısı Şəhid ailəsində olmuş, onların qayğı və problemlərini ilə maraqlanmışdır

    2020-ci il sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan 44 Günlük Vətən Müharibəsində şəhid olan Saatlı rayon Əbil kənd sakini Həsənov Nemət Süleyman oğlunun şəhadətə yüksəlməsinin ikinci ildönümü qeyd olunub.
    Qəhrəman şəhidimizin anım mərasimində iştirak edən Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri şəhidin ata ocağını ziyarət edərək valideynləri ilə görüşüblər. Mərasimdə qəhrəmanımızın şərəfli döyüş yolundan danışılaraq xatirəsi anılıb.
    Rayon rəhbəri Vətənin ərazi bütövlüyünü canı, qanı bahasına qoruyan, düşmən tapdağında qalan torpağımızı canından keçərək azad edən Nemət kimi oğullarımızla illər keçsə belə hər zaman qürur duyulacağını dilə gətirib. Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan Saatlının igid oğullarının sırasında dayanan Nemətin təkcə saatlıların, doğma el-obasının deyil, bütöv Azərbaycanın övladı olduğunu, onunla hər kəsin fəxr etdiyini bildirib. Savaşda əldə etdiyimiz şanlı Qələbəyə görə Ali Baş Komandana, müzəffər Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu bir daha söyləyib.

    Zahir Məmmədov

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ