Bu fikirləri KİV-ə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında münasibətlər yüksələn xətlə inkişaf etməkdədir:”Son dövrlər təşkil olunan qarşılıqlı səfərlər, aparılan müntəzəm müzakirələr əməkdaşlığımızın daha da dərinləşməsində mühüm rola malikdir. Məlumdur ki,Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşı hesab olunur və ötən il İttifaqla ticarət dövriyyəsi 15 milyard dollardan artıq olub. Həmçinin ticarətimizin 40 faizi də Avropa İttifaqının payına düşür. Statistikaya nəzər salsaq görərik ki, Azərbaycan hətta Avropa İttifaqının Cənubi Qafqazda əsas ticarət tərəfdaşı olaraq qalır. Belə ki, İttifaqın ümumi ticarət dövriyyəsindəki payıGürcüstanda 23,9, Ermənistanda 18 faiz təşkil etdiyi halda, Azərbaycanda 36,7 faizdir.Həmçinin ölkəmizin Avropa ilə Asiyanın qovşağında, beynəlxalq əhəmiyyətli nəqliyyat yollarının keçdiyi olduqca əlverişli iqtisadi-coğrafi mövqedə yerləşməsi, həmçinin qərbdən şərqə və şimaldan cənuba gedən qlobal nəqliyyat dəhlizlərinin buradan keçməsi Avropa İttifaqı üçün ölkəmizin əhəmiyyətini artıran məqamlardandır. Enerji təhlükəsizliyi məsələsinə gəldikdə isə zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş yanacaq-energetika infrastrukturuna malik olan ölkəmizin bu istiqamətdə imkanları böyükdür. Bilavasitə ölkəmizin təşəbbüsü və dövlətimizin başçısı cənab İlham Əliyevin siyasi iradəsi ilə reallaşan Cənub Qaz Dəhlizi layihəsiAvropanın enerji təhlükəsizliyində alternativ və etibarlı layihə rolunda çıxış edir”.
“Avropa İttifaqı ilə ölkəmiz arasında enerji məsələlərinə dair bir sıra sənədlər, o cümlədən 2006-cı ildə Brüsseldə Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu, 2011-ci ildə isə Bakıda Cənub Qaz Dəhlizi üzrə Birgə Bəyannamə imzalanıb. Qeyd olunan sənədlər enerji sahəsində münasibətlərimizin inkişafına əhəmiyyətli töhfələr verib.İyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən imzalanan Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dairAnlaşma Memorandumu stratejiəməkdaşlığındaha da möhkəmlənməsinə səbəb olacaq.Bu, bir daha təsdiqləyir ki, Aİ Azərbaycanla mövcud olan əlaqələrini genişləndirmək, idxal etdiyi qazın həcmini artırmaq niyyətindədir. Həmçinin sənəd ölkəmizin İttifaq ölkələri arasında nüfuzunun yüksəlməsinə, əlaqələrinin dərinləşməsinə, tərəfdaşlarının sayının artmasına gətirib çıxaracaq, Azərbaycanın siyasi gücünü artıracaq”, - Milli Məclisin deputatı deyib.
