Tədbir “Texnologiya əsrində - Uşaqlar və Gənclik Türklərin gələcəyidir” mövzusuna həsr olunub. Deputatlarımız müzakirəyə çıxarılan mövzu ilə bağlı öz fikirlərini açıqlayacaqlar.
Səfər çərçivəsində Qazaxıstan Respublikası Parlamenti Məclisinin rəsmiləri, ölkənin informasiya və sosial inkişaf naziri, Nur-Sultan şəhərinin gənc deputatları ilə görüşlər, Qazaxıstan Milli Muzeyi, “EXPO-2017” Beynəlxalq Sərgi Mərkəzi ilə tanışlıq nəzərdə tutulub.
Səfər iyunun 19-da başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
