Sizin reklam burada
Sizin reklam burada
  • Millət vəkili İsa Həbibbəyli: "Arxiv işi sahəsində çalışanların əmək haqları aşağıdır, onların sosial müdafiəyə ehtiyaclari var."

    Millət vəkili İsa Həbibbəyli: "Arxiv işi sahəsində çalışanların əmək haqları aşağıdır, onların sosial müdafiəyə ehtiyaclari var.""Məlum olduğu kimi, "Milli Arxiv Fondu haqqında" Azərbaycan Respublikasının Qanunun qəbul edildiyi vaxtdan keçən dövr ərzində həm dünya təcrübəsində, həm də olkəmizdə arxiv işi sahəsində mühüm yeniliklər və dəyişikliklər baş vermişdir. Etiraf etmək lazımdır ki, arxiv dairəsi və ümumiyyətlə arxiv işçiləri ölkəmizdə bu günə qədər daha çox movcud təcrübə və ənənə əsasında, eyni zamanda uyğunlaşdırılmış qaydalar vasitəsilə öz işlərini tənzimləməli olublar.
    Hesab edirəm ki, bu gün müzakirəyə çıxarılan "Mili Arxiv Fondu haqqında" Azərbaycan Respublikasının Qanun layihəsi təkcə bu qanun layihəsinə dəyişiklik edilməsi haqqında deyil, əslində Qanunu əsaslı şəklində yeniləşdirən qanunvericilik paketindən ibarətdir."
    Bu fikirləri Milli Məclisin bu gün-mayın 31-də keçirilən iclasında "Milli Arxiv Fondu haqqında" Qanun layihəsinin müzakirəsi zamanı millət vəkili İsa Həbibbəyli çıxış edərkən səsləndirdi.
    O, qeyd etdi ki, Ölkəmizdə məhz müstəqillik dövründə arxiv sahəsində dövlət siyasətinin əsasları ilk dəfə bu gün təklif olunan qanun layihəsində özünün sistemli əsasını tapmışdır.
    "Bu gün təklif olunan qanun layihəsində Milli Arxiv Fondunun formalaşmasında arxiv idarəsi ilə yanaşı, arxiv işçiləri ilə birlikdə digər qurumların da öhdəliklərini və vəzifələrini tənzimləyən bir qanun şəklinə gətirilmişdir ki, bu da son dərəcə böyük əhəmiyyətə malikdir. Məhz bu gün təqdim olunan qanun layihəsində hörmətli xanım sədr, ilk dəfə olaraq arxiv sahəsində artıq təcrübədə olan, lakin qanunvericilikdə əksini tapmayan xarici vətəndaşların və ya vətəndaşlığı olmayan şəxslərin arxivdən istifadəsinə dair müddəaların özünə yer alması son dərəcə əhəmiyyətlidir və dünya təcrübəsinə uyğundur."-İsa Həbibbəyli bildirdi.
    Millət vəkili əlavə etdi ki, təklif olunan format xarici vətəndaşların da beynəlxalq qanunvericiliklərə uyğun şəkildə Azərbaycan arxivlərindən istifadəsinə şərait yarada bilir. Eyni zamanda bugunkü təklif olunan qanun layihəsində ödənişli xidmətlərlə bağlı olan müddəaları da yüksək qiymətləndirdiyini diqqətə çatdıran deputat vurğuladi ki, bu da ölkəmizdə arxiv işinin daha da inkişaf etdirilməsinə, hətta arxivin mənbələrdən əldə etdiyi gəlirlər vasitəsilə özünün müəyyən dərəcədə sosial müdafiəsinə də kömək edə biləcəyinə, şərait yaradacağına ümid edirəm.
    "Ayrıca isə təklif olunan qanun layihəsinin sosial müdafiəsilə bağlı müddəaların da yer alması son dərəcə önəmlidir, çünki arxiv işi çox məsuliyyətli, əhəmiyyətli işdir və bu mənada qeyd etmək yerinə düşər ki, arxiv işi sahəsində çalışanların əmək haqları aşağıdır, onların sosial müdafiəyə ehtiyacları vardır.
    Professor Əsgər Rəsulovun başçılığı altında arxiv idarəsi, arxiv işi ölkəmizdə artıq özünün yeni mərhələsinə daxil olub və ölkə Prezidentinin dəstəyi ilə bu sahə geniş inkişaf edib. Hesab edirəm ki, bu gün təklif olunan müddəaların qəbul olunması ilə arxiv işi özünün tamamilə yeni mərhələsinə qədəm qoyacaqdır."-deyə, İsa Həbibbəyli bildirdi.

    Bəradqr Səməndərli
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ