Sizin reklam burada
Sizin reklam burada
  • Musa Quliyev: -Bu il bizi çox böyük perspektivlər, uğurlar gözləyir"

    Musa Quliyev: -Bu il bizi çox böyük perspektivlər, uğurlar gözləyir""2022-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə cənab Prezident görülən işlərə qiymət verdi və qarşıda duran vəzifələri hökumətimizə bəyan edərək, xalqımıza da bu barədə geniş məlumat verdi. Cənab Prezident 2022-ci ilin birinci rübünün iqtisadi göstəricilərini təhlil edərək, bunu çox müsbət bir dinamika adlandırdı. Xüsusilə post karantin, postpandemiya dövründə ötən illə müqayisədə xeyli irəliləyişin əldə olunduğunu, ümumdaxili məhsulun 6,8 faiz artdığını, qeyri-neft sektorunda isə bu artımın 10 faizdən çox olduğunu, qeyri-neft sənayesində isə 18 faizdən çox olduğunu qeyd etdi. Eyni zamanda cənab Prezident xarici ticarət balansının müsbət saldoda olduğunu və birinci rübdə 5,1 milyard manat əlavə Azərbaycanın müsbət saldosu olduğunu qeyd etdi." Bu fikirləri Milli Məclisin Əmək və Əhalinin Sosial Müdafiəsi Komitəsinin sədri, millət vəkili Musa Quliyev dövlət başçısı İlham Əliyevin 2022- ci ilin yekunlarina dair kecirdiyi müşavirənin diqqət çəkən əsas məqamları barədə "Atributinfo.az"-a açıqlama verərkən bildirdi. O, qeyd etdi ki, bununla yanaşı, Azərbaycanın xarici borcunun 18 faizdən 12,5 faizə qədər azalması da bizim iqtisadiyyatımızın güclü göstəricisidir.
    "Braksit yaranmışdır, bu da yaxşı göstəricidir; həm vergi orqanları, həm də gömrük orqanları tərəfindən büdcəyə yıgılan vəsaitin məbləği artmışdır.
    Cənab Prezident müşavirədə postmüharibə dövründə görülən işlərə və görüləcək planlara xüsusi diqqət yönəltdi. Ötən il ərzində bizim əsas məqsədimiz işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, təhlukəsiz vəziyyətə gətirilməsi və əsas infrastruktur layihələrinin hazırlanması idi ki, biz bu işləri böyük müvəffəqiyyətlə yerinə yetirdik. Eyni zamanda, həm də mövcud reallığı dünya birliyinə çatdırmaq və qəbul etdirməkdən ibarət idi ki, artıq münaqişə bitib, Dağlıq Qarabağ deyilən məfhum yoxdur və Azərbaycan bu münaqişəni özü həll etmişdir. Bundan sonrakı dövr isə sərhədlərin delimikasiyası, demorkasiyası, Ermənistanla Azərbaycan arasında böyük sülh müqaviləsinin imzalanması, nəqliyyat koridorlarının açılması və bütövlükdə götürdükdə, 2020-ci ilin 20 noyabr tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı məsələlər dünya birliyinin diqqətinə çatdırılmışdır"-deputat bildirdi.
    Musa Quliyev əlavə etdi ki, 2022-ci ildə Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsilə bağlı bizim qarşımızda olduqca böyük vəziflər durur. Büdcədən bu məsədlə 2 milyard 200 milyon manat vəsait ayrılıb ki, birinci rübdə bunun yalnız 300 milyon manatı xərclənmişdir. Deməli qarşıda daha böyük işlər durur. "Cənab Prezident bu işlərin də istiqamətlərini və həcmini vətəndaşlarımızın diqqətinə çatdırdı, Azərbaycan vətəndaşlarına geniş məlumat verdi. İlk novbədə biz baş planı hazırlanmayan rayon mərkəzlərinin baş planını hazırlayacağıq. Zəngilanın Ağalı kəndində artıq "Ağıllı kənd" layihəsi tamamilə başa çatmışdır və yəqin ki, bu il ora ilk məcburi köçkünlərimizin qayıtmasını da qeyd edəcəyik. Eyni zamanda bu il Zəngilanda hava limanının açılışı da nəzərdə tutulur ki, bu da çox böyük hərbi-siyasi və iqtisadi əhəmiyyət daşıyan bir məsələdir.
    Yolların çəkilməsi, körpülərin salınması, nəqliyyat-kommunikasiya xətlərinin genişlənməsi bu il qarsıda duran çox ciddi nəsələlərdən biridir. Bununla yanaşı, Qarabağda və Şərqi Zəngəzurda ermənilər çaylar üzərindəki 30-dan çox kiçik Su Elektrik Stansiyalarının hamısını dağıtmışlar. Bunların bərpası qarşıda duran məsələlərdəndir. Eyni zamanda Günəş və Külək Su Elektrik stansiyalarının qurulması ekoloji təmiz enerjinin alınması üçün də vacib şərtlərdən biri olacaqdır. Qarabağda və Şərqi Zəngəzurda otellər, məktəblər, xəstəxanalar və digər sosial obyetktlərin tikilməsi də, sənaye parklarınin qurulması da qarşıda duran vəziflərdəndir bunların da öhdəsindən böyük uğurla gələcəyik"-deyə, millət vəkili vurğuladı.
    Müşavirənin xüsusi əhəmiyyətini dilə gətirən M. Quliyev bildirdi ki, Cənab Prezident, eyni zamanda İran üzərindən Zəngilanla Naxçıvanı birləşdirəcək körpülərin salınması, dmir yolu və quru yolunun çəkilməsi layihələrini də yüksək qiymətləndirdi, bununla yanaşı, həmçinin Zəngəzurun Meğri rayonundan keçərək ikinci alternativ Zəngəzur koridorunun açılmasının da vacibliyini söylədi; Dedi ki, ermənilər nə qədər tez ağıllarını başlarına yığıb bu layihəni icra edərlərsə, bu onların özləri üçün əhəmiyyətli olacaq. Şübhəsiz ki, su ehtiyatlarından səmərəli istifadə də diqətdən kənarda qalmadı, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazilərində Azərbaycanın böyük şirin su potensialı mövcuddur, orda bizim böyük çaylarımız vardır. O çaylar üzərində həm Su Elektrik Stansiyalarının qurulması, həm əkin-biçin sahələrini suvarma məqsədilə kanalların çəkilməsi, eyni zamanda böyük su hövzələrinin yaradilması qarşıda duran vəzifələrdəndir və yəqin ki, biz bu il bu işlərin də öhdəsindən gələcəyik.
    Bütövlükdə cənab Prezident indiyə qədər görülən işləri müsbət qiymətləndirdi, hökumət üzvlərinin qarşısında öz vəzifələrini qoydu və bu il bizi böyuk perspektivlər, uğurlar gözləyir.

    Bəradər SƏMƏNDƏRLİ
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ