Sizin reklam burada
Sizin reklam burada
  • Tərəfdaşlığın 30 illiyi münasibətilə keçiriləcək tədbirlərlə bağlı Azərbaycanla birgə işləyirik - BMT rəsmisi

    Tərəfdaşlığın 30 illiyi münasibətilə keçiriləcək tədbirlərlə bağlı Azərbaycanla birgə işləyirik - BMT rəsmisi Biz Azərbaycan və BMT arasında tərəfdaşlığın 30 illiyi münasibətilə keçiriləcək tədbirlər üzərində Prezident Administrasiyası və Xarici İşlər Nazirliyi ilə birgə işləyirik.
    Bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva deyib.
    Onun sözlərinə görə, birinci tədbir martın 2-də, Azərbaycanın BMT-yə üzv olduğun gün, ikinci tədbir oktyabrın 24-də qeyd olunan BMT Günündə keçiriləcək.
    V.Andreyeva qeyd edib ki, həmçinin tərəfdaşlığın 30 illiyinə həsr olunmuş bir sıra sərgilər, "dəyirmi masa" müzakirələri təşkil olunacaq.
    O əlavə edib ki, tezliklə digər tədbirlərin cədvəli də elan olunacaq.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ