İclasda GUAM məkanında lokal münaqişələrin həllinin hazırkı vəziyyəti, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası, Gürcüstan və Moldova Respublikasında dondurulmuş münaqişələr, GUAM-a üzv dövlətlərin BMT, ATƏT, AŞ və onların parlament qurumları çərçivəsində əməkdaşlığı, COVID-19 pandemiyasının sosial-iqtisadi nəticələrinin aradan qaldırılması üçün həyata keçirilən tədbirlər, onların qanunvericilik təminatı, üzv dövlətlər arasında ticarət-iqtisadi əlaqələrin inkişafı, GUAM Azad Ticarət Zonasının yaradılmasının başa çatdırılması, kibertəhlükəsizlik sahəsində əməkdaşlıq və digər mövzularda müzakirələr aparılıb.
Onlayn tədbirdə deputatlar müzakirə olunan məsələlərlə bağlı çıxışlar ediblər, gündəlikdəki mövzulara münasibətlərini bildiriblər.
