Sizin reklam burada
Sizin reklam burada
  • Millət vəkili Lənkəranda su problemindən danışdı

    Millət vəkili Lənkəranda su problemindən danışdı Qürur hissi ilə qeyd etmək istəyirəm ki, bu gün qalib ölkənin dövlət büdcəsi müzakirə edilir. Bu günləri bizə qismət edən, bizi sevindirən Ali baş komandanımız və onun doğru düzgün apardığı qətiyyətli siyasəti olmuşdur. Hərbimizin gücü şəhidlərimizin ruhu olmuşdur. Şəhidlərimizin ruhu qarşısında hər birimiz baş əyirik, qazilərimizə can sağlığı, cənab Prezidentə işlərində uğurlar arzulayıram".
    Bu sözləri Milli Məclisin plenar iclasında gələn ilin büdcə layihəsinin və büdcə zərfinin müzakirəsi zamanı millət vəkili Cavanşir Paşazadə dedi". Çıxışı zamanı seçicilərini, ümumilikdə təmsil etdiyi Lənkəran camaatını narahat edən məsələləri hokumət üzvləri qarşısında qaldıran millət vəkili xüsusi olaraq vurğuladı ki, bildiyiniz kimi büdcədə bir milyarda yaxın kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, meliorasiya və su təsərrüfatlarına, digər məsələlərə vəsait ayrılmışdır. Bu çox böyük vəsaitdir. Bu vəsaitlə kənd təsərrüfatında olan bəzi problemlərin həll edilməsi mümkündür.
    Cənub bölgəsində, Lənkəran, Masallı zonalarında kənd təsərrüfatı məhsullarının yetişdirilməsində və onların suvarılmasında böyük problemlər vardır. Hələ keçmiş sovet dönəmində, 90-cı illərdə Xəzər dənizinin suyunun qalxması ilə yeraltı suların erozlaşması bizim kənd təsərrüfatının suvarma sahəsində olan su tutarlarına da böyük ziyan vurmuşdur. Təbii ki, susuz tutarlarından artıq 80 ildir ki, istifadə olunsa da, hələ sövet dönəmindən öz əhəmiyyətini itirmişdir. Onların yenidən təmir olunması və yenilənməsi vacib məsələlərdən biridir. Təbii ki, bununla yanaşı bizim cənub bölgəsində içməli su da böyük problemdir.
    Bildiyiniz kimi, içməli su cənub bölgəsində artezian quyuları vasitəsilə istifadə olunub. Torpaqların erozlaşmasından sonra artıq o quyuların suyu içilməz hala gəlib. Düzdür, "Xanbulançay"da bizim böyük zavodumuz var. Lənkəran və ətraf rayonlar da həmin çaydan içməli su kimi istifadə edir. Ordan kəndlərə su çəkməklə bağlı proyekt çoxdandır hazır olsa da, 12 ildir ki, vəsait ayrılması üzündən dayandırılıb. Kəndlər var ki, 15 min və 12 min əhalisi var, indiyə qədər suyu pulla alırlar və istifadə edirlər. Təbii ki, onlar da bizdən dəstək istəyirlər və istəyirlər ki, onlar da sudan istifadə etsinlər. Butün bunları əsas tutaraq və hökumət üzvlərinin burda olmasını nəzərə alaraq aidiyyatı təşkilatlardan xahiş edirəm ki, ora vəsait ayrılsın. 2 ci məsələ bizim bazar problemimizdir. Bazar belədir ki, məhsulun yetişdirilməsində nə qədər problem varsa, Azərbaycanda bütövlükdə onun satışında da o qədər problem var. Çətinlik nədən yaranır? Azərbaycanda bütün bazarlar özəlləşib, fərdi insanlardadı və qiyməti onlar tənzimləyir. Hələ sovet dönəmində, 50 il bundan əvvəl o insanların babaları da nənələri də bazarda alverçi kimi yetişiblər. Kənd əhalisi öz yetişdirdiyi məhsulları bazarda sata bilmir. Sata bilmədiyi üçün də hələ heç bazara səhər saat 5-ə, 6-ya yaxın gəlməyə imkan vermirlər, çünki mühafizə xidməti tam şəkildə o bazara xidmət edir, baxır. Elə bu səbəbdən də onlar dəyər-dəyməzə səhər-səhər insanların əlindən bazara çıxardıqları məhsulu alırlar 1-ə 10, 1-ə 15 qiymətə camaata satırlar. Hesab edirəm ki, bazarda yerli məhsulların-tərəvəz və digər bostan məhsullarının bahalaşması sırf həmi o bazarların olmamasıdır. Təbii ki, sovet dönəmində, o dövrdə "kapitorq"lar var idi, məhsullar alırdı, o məhsulları da təhvil verən insanların tam şəkildə ünvanı bəllənirdi və pasport nömrəsi ilə gedib yoxlanırdı. Lazım olanda qorxurdular, müəyyən qədər alınan məhsulun üzərinə 5, ya 10 faiz qoyub satırdı. İndi bəlkə də 300 faiz qoyurlar. Kəndlidən çox bazarda oturan alverçi birəmin qazanır. Kənd camaatı onsuz da büdcədən maliyyələşmir. Ona görə kənd camaatının yaşayışı, uşaqlarının təhsili, özünün bəzi məsələləri tam şəkildə kənd təsərrüfatı məhsullarının üstünə düşən yükdür. Ona gördə mən xahiş edərdim ki, bu məsələdə aidiyyəti təşkilatlar diqqəti artırsınlar...

    Bəradər SƏMƏNDƏRLİ
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ