Sizin reklam burada
Sizin reklam burada
  • Millət vəkilindən ciddi təklif

    Millət vəkilindən ciddi təklif "Mən belə hesab edirəm ki, 2022-ci ilin dövlət büdcəsi kifayət qədər balanslı bir büdcədir. Dünyada gedən proseslər, koronavirus pandemiyasının törətdiyi çətinliklər, maliyyə, iqtisadi böhranı, çox işlənən malların, çox təlabatlı malların xüsusilə ərzaq mallarının dünya bazarında qiymətinin artması və onun gələn ildəki proqnozları nəzərə alınmaqla hazırlanmış büdcədir və kifayət qədər elmi təhlilə əsaslanan büdcədir. Belə bir büdcənin hazırlanmasında əməyi olan hökümət üzvlərinə, xüsusilə Maliyyə nazirliyinin əməkdaşlarına, İqtisadiyyat Nazirliyinin əməkdaşlarına minnətdarlığımı bildirirəm".
    Bu sözləri Milli Məclisin noyabrın 16-da keçirilən plenar iclasında "2022-ci ilin dövlət büdcəsi və büdcə zərfi haqqında" qanun layihəsinin müzakirəsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Komitəsinin sədri, millət vəkili Musa Quliyev çıxışı zamanı səsləndirdi. O, eyni zamanda həmişə olduğu kimi bu il də Hedablama Palatasınin dərin təhlilə əsaslanan çox vacib bir rəy hazırlayıb verməsini dilə gətirərək, o rəydən istifadə edib büdcənin parametləri, xarakteristikası, proqnozlar və digər məsələlər barədə etibarlı bir mənbə kimi istifadə etmiş olduqlarına görə Hesablama palatasına da öz minnətdarlığını bildirdi:
    -" Burada məndən öncə çıxış edən deputat həmkarlarımında söylədiyi kimi büdcəmiz sosial yönümlüdür və müstəqillik illərimizdə ən geniş sosial müdafiə tədbirləri nəzərdə tutulan büdcədir. Heç də təsadüfü deyil ki, büdcəmizin 46.4 faizi sosial yönümlü xərclərə hesablanıbdır. Burada demək olar ki, bütün sosial yönümlü xərclər səhiyyə, sosial müdafiə, sosial təminat, elm, təhsil, idman, gənclər siyasəti, mədəniyyət bütün bunların hamısının artırılması əlbəttə, Azərbaycanın sosial dövlət kimi və cənab prezidentin qarşıya qoyduğu prioritet istiqamətin sosial-siyasət olduğunu bir daha bizə göstərir . Eyni zamanda, işğaldan azad olunmuş ərazilərimizin, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonun dirçəldilməsi ilə bağlı büdcədən 2 milyard 200 milyon manat vəsait ayrılması da təqdirdə layiqdir. Mən seçilərimizin qarşımıza qoyduğu sualları burda qaldırmaq istəyirəm və hörmətli Hökümət üzvləri də hesab edirəm ki, o suallara çıxışlarında cavab verərlər. Seçiciləri bu saat əsas maraqlandıran budur; bu il başlayan qiymət artımları, xususilə ərzaq və xidməti qiymət artımları, gələn il artım davam edəcək ya etməyəcək? Qiymət artımında infilasiya tempi necə olacaq, gələn il aşağı düşəcəkmi? Çünki biz büdcəmizdə əmək haqqları və pensiyaları kifayət qədər artırmağı nəzərdə tuturuq. Ən azı minimum əmək haqqının 20 faizi artırılıb 300 manata çatdıırlması digər əmək haqqlarının da artırılmasını şərtləndirəcəkdir. Eyni zamanda müzakirə edəcəyimiz dövlət Sosial Müdafiə Fondunun büdcəsinə də baxanda təxminən bütün pensiya növlərində 40 manata yaxın artımlar görəciyik. Amma biz gələn il lazımı tədbirlər görməsək, infilasiyanın qarşısının alınmasında, ərzaq məhsulları, xüsusilə mühtəkirliklə mübarizədə lazımi tədbirlər görməsək, bu artımlardan vətəndaşlarımız faydalana bilməyəcəklər. Eləcə də əmək məhsuldarlığının yüksəldilməsi üçün investisiya tutumlu xərclərin artırılmasını da təklif edirəm. Çünki burada hörmətli həmkarım Vahid Əhmədov məndən öncə danışanda ərzaq təhlükəsizliyi məsələsini qaldırdı, mən də bu məsələ ilə bağlı razıyam ki, dünyada bu saat çox ciddi ərzaq qıtlığı prosesi gedir və gələcək illərdə də bunun qarşısının alınacağına heç kim zəmanət verə bilməz. Ona görə də biz birinci növbədə öz ərzaq təminatımızı həyata keçirməliyik".
    Millət vəkili əlavə etdi ki,
    bizdə ən çox seçicilərin qaldırdığı problem, müraciətləri iş yerləri ilə, yeni iş yerlərinin açılması ilə bağlıdır. Gəncə Azərbaycanın 2 ci ən böyük şəhəridir, böyük sənaye şəhəridir. Amma çox təəssüf olsun ki, sovet dövründə yaradılmış o geniş sənaye infrastrukturu demək olar ki 90-cı illərdə dağıldı...

    Bəradər Səməndərli
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ