Sizin reklam burada
Sizin reklam burada

Deputatdan mühüm təklif və rəy

Deputatdan mühüm təklif və rəy Xəbər verildiyi kimi oktyabrın 11-də və 12-də keçirilən Milli Məclisin payız sessiyasının növbəti plenar iclasında "Müstəqillik Günü haqqında" qanun layihəsi müzakirəyə çıxarılaraq birinci və ikinci oxunuşda qəbul edildi.
Qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, deputatlar Sabir Rüstəmxanlı, Nizami Cəfərov, Əziz Ələkbərov, İsa Həbibbəyli, Fazil Mustafa, Zahid Oruc, Musa Qasımlı, Qüdrət Həsənquliyev, Tahir Mirkişili, Sahib Alıyev, Hikmət Məmmədov, Erkin Qədirli çıxış edərək layihəyə dair rəy və təkliflərini parlamentin diqqətinə çatdırıblar. Millət vəkili İsa Həbibbəylinin layihənin mətni ilə bağlı fikirləri diqqət çəkdiyindən çıxışı olduğu kimi dərc edirik:
-"Müzakirəmizə çıxarılan bu qanun layihəsində ifadə olunmuş və bugünkü mətndə də özünəməxsus xüsusi yer tutmuş Müstəqillik Günü anlayışı obyektiv tarixi reallığın ifadəsidir. Mətndə də qanunauyğun olaraq tam ö məntiqi mənasında işlədilmişdir. Belə ki, müstəqillik geniş anlayışdı, parlament isə özünün müstəqilliyini bəyan etmiş bir ölkənin fəaliyyətinin xarakterini, seçdiyi siyasi-ideoloji xətti müəyyən edən anlayışdır. Buna görə də haqlı olaraq bugünkü mətndə və ümumiyyətlə qanun layihəsində Müstəqillik Günü 28 may tarixində təsbit olunması siyasi cəhətdən tamamilə doğru olduğu kimi, elmi cəhətdən də məntiqlidir.
Respublika daha çox müstəqil ölkənin fəaliyyətinin xarakterini müəyyən edən, inkişaf xəttini, fəaliyyət istiqamətini müəyyən edən məfhumdur. "Respublika Günü" adlandırılması isə siyasi cəhətdən olduğu kimi, elmi cəhətdən də yanlış olardı. Ona görə də "Müstəqillik Günü" 28 may tarixinə təklif olunması çox obyektiv haldır.
Deyəcəyim digər məsələ burda 2-ci cümlədə müstəqilliklə bağlı fikirləri şərh edərkən haqlı olaraq müstəqillik, parlament, hökumət, sərhədləri sözləri öz əksini tapmışdır. Ümumiyyətlə, bu cümləyə dövlət atributları sözünü də əlavə etməyə ehtiyac vardır. Doğrudur, burada dövlət quruculuğu sahəsində digər tədbirləri də cümhuriyyət dövründə həyata keçirmişdir kimi sözləri öz əksini tapmışdır, amma dövlət quruculuğu çox geniş anlayış olub iqtisadi, siyasi, mədəni, mənəvi sahəni əhatə edən bir çox məsələləri də özündə birləşdirir. Dövlət atributları isə konkret bir anlayışdır və bu gün də müstəqil Azərbaycan dövləti xalq cümhuriyyəti dövründəki dövlət atributlarını olduğu kimi qəbul etmişdir. Məncə, mətndə bu mənada dövlət atributları sözünün olması yerinə düşərdi.
Eyni zamanda aman bu cümlədə və ondan sonrakı cümlədə dövlətin parlamenti və hökuməti sərhədləri sözlərindən sonra ideologiya sözünün də artırılmasını vacib sayıram. Çünki burada hörmətli vitse-spiker Fəzail İbrahimlinin də dediyi kimi, azərbaycançılıq bizim.siyasi leksikonumuza, bizim.siyasi təşəkkürümüzü Azərbaycan Xalq Cümhuriyyəti dövründə daha sistemli şəkildə daxil olunmuşdur. Burada eyni zamanda dövlətin ideologiyası yola bağlı bir sözün də həmin cümləyə və ondan sonrakı iqtisadi və mədəni sahələrin inkişafına aid olan cümlədə siyasi sözündən sonra defis "siyasi-ideoloji" sözü kimi yazılması bu mətnin daha da təkmilləşdirilməsi baxımından əhəmiyyətli hesab edirəm. Bütövlükdə qeyd edim ki, mətn elmi cəhətdən də, qramatik cəhətdən də, siyasi cəhətdən də 28 may Müstəqillik Gününün və 18 oktyabr Müstəqilliyin bərpa edilməsi Gününün məntiqini, siyasətini, ideologiyasını, mahiyyətini doğru-düzgün ifadə edir. Bu ancaq ölkəsinin tam və qəti qələbəsinə nail olmuş, ölkəsini bütün yönləri ilə inkişaf etdirmiş və eyni zamanda ərazi bütövlüyü qazanmış bir qalib Prezidentin gəlib çatdığı mühüm bir göstəricidir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ