Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib.
Deputatın sözlərinə görə, şəhid və qazi ailələrinə verilən müəyyən güzəştlərin, təqaüd və pensiyaların artırılması nəzərdə tutulub:
“2022-2025-ci illər üzrə dövlət büdcəsinin proqnozunda sosial müdafiə və sosial təminat xərclərinin ilbəil artırılması nəzərdə tutulur. Belə ki, 2022-ci ildə bu sahəyə 3 585 408.0 min manat, 2023-cü ildə 3 831 148.0 min manat, 3 967 202.8 min manat, 2025-ci ildə 4 136 937.0 min manat ayrılacağı proqnozlaşdırılır. Bu baxımdan həssas qrupdan olan şəxslərin, ailələrin dövlət qayğısı ilə əhatə olunması proqramları da genişləndiriləcək”.
