Sizin reklam burada
Sizin reklam burada
  • 44 gün ərzində döyüş meydanında gücünü göstərən Şanlı Ordumuz

    44 gün ərzində döyüş meydanında gücünü göstərən Şanlı Ordumuz İlqar Abdullayev
    Ədliyyə Nazirliyi Təşkilat Nəzarət Baş İdarəsinin
    baş məsləhətçisi, baş ədliyyə müşaviri
    Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü

    Müharibənin açdığı - sarısaq da, heç vaxt tam sağalmayan, zaman-zaman qanayan, bizi incidən yaralarımıza sığal çəkib, Qarabağa yenidən dönəcəyimiz günün arzusu ilə ayaqda qalmışdıq...
    Bəzən gözləməkdən yorulmuşduq, uzun sürən intizardan bezmişdik, bəzən içimizdə inamsızlıq baş qaldırıb, əlimizi hər şeydən üzmüşdük, hətta Tanrıya belə üsyan etmişdik. Amma qəlbimizdəki ümid qığılcımı heç vaxt sönməmişdi.
    30 il idi ki, torpaqlarımızı işgal edərək əsarətdə saxlayan erməni cəlladlarının müqaviməti Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində qırıldı.
    Qəhrəman Azərbaycan Ordusu qarış-qarış Vətən torpaqlarımızı azad edərək minlərlə məcburi köçkünə doğma yurda qayıdış xoşbəxtliyi, bütün xalqımıza isə Zəfər sevinci, qüruru ərməğan etdi.
    Şanlı Ordumuz 44 gün ərzində döyüş meydanında gücünü göstərdi və qəhrəmanlıqla savaşaraq qələbə qazandı.
    Hazırda işğaldan azad edilən yurdlarımıza yenidən həyat qaytarılır, Azərbaycanın tarixi torpaqları və ən gözəl güşələrindən olan Qarabağ və Şərqi Zəngəzur əsl cənnət məkanına çevrilir. Prezident İlham Əliyevin şəxsi diqqəti və nəzarəti altında bu yerlərdə əsaslı quruculuq tədbirləri həyata keçirilir, infrastruktur yenilənir, yollar çəkilir, hava limanları istifadəyə verilir, şəhərlərimizin müfəssəl hazırlanan baş planları təsdiq olunur. Eyni zamanda barbar ermənilərin illərlə divan tutduğu tarixi irsimiz bərpa olunur, dağıdılan məscidlərimizdən yenidən azan sədaları ucalır.
    Dövlət başçısı Qarabağda həyata keçirilən bütün işlərlə şəxsən maraqlanır, o yerlərə səfərlər edir, tikintisi, təmiri başa çatan obyektlərin açılışını edir, yeni-yeni layihələrin uğurlu təməllərini qoyur. Azadlığa qovuşdurulan əzəli Vətən torpaqlarımızda sürətlə həyata keçirilən bütün kompleks tədbirlər isə keçmiş məcburi köçkünlərin qısa zamanda öz dədə-baba torpaqlarına qayıtmasını təmin etmək üçündür...
    Hazırda mərhələli şəkildə işğaldan azad edilən yurdlarımıza sakinlərin səfərləri təşkil olunur, onlar öz əzəli yurdlarını ziyarət edirlər. Amma o gün də uzaqda deyil ki, bütün məcburi köçkünlər doğma Cəbrayıla, Zəngilana, Füzuliyə, Qubadlıya, Ağdama, Laçına, Şuşaya, Kəlbəcərə və digər işğaldan azad edilən dədə-baba yurdlarımıza əbədi yaşamağa qayıdacaqlar. Yenə də o torpaqlarda həyat qaynayacaq, insanlar xoşbəxt yaşayacaq.
    Rəşadətli Azərbaycan Ordusunun ötən il sentyabrın 27-də - düşmənin törətdiyi təxribata cavab olaraq başladığı uğurlu əks-hücum əməliyyatlarının elə ilk günündə bir neçə yaşayış məntəqəsinin işğalçılardan azad edilməsi, bir neçə strateji yüksəkliklərin Azərbaycanın nəzarətinə keçməsi və Ali Baş Komandanımız cənab İlham Əliyevin bu münasibətlə bütün Azərbaycan xalqını təbrik etməsi hamımızın qəlbini riqqətə gətirdi.
    Bu xəbəri ilk dəfə efirdə paylaşan teleaparıcının sevinc göz yaşları gündəm oldu və Azərbaycan xalqının qələbə istəyini, qeyrətinin gücünü bütün dünyaya göstərdi.
    Əlbətdə bu torpaqları biz asanlıqla almadıq, Şəhidlər verdik.
    Ömrünün sonunadək şəhid övlad nisqili ilə qovrulan, eyni zamanda onların qəhrəmanlığı ilə öyünən, qürur duyan hər bir Ana, hər bir Ata hörmət və ehtirama layiqdir.
    Mən o valideynlərin Dünya boyda kədərinə şərik oluram və Allahdan şəhidlərimizə rəhmət diləyir, yaralı qazılərimizin tezliklə sağalmasını arzu edirəm.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ