Bu sözləri Kəlbəcər rayonundan Milli Məclisin deputatı Aqil Məmmədov söyləyib.
Millət vəkili bildirib ki, son vaxtlar Ermənistan tərəfi Kəlbəcər rayonu istiqamətində təxribatçılıq fəaliyyətini genişləndiriblər: “Artıq, bu hadisə bir həftədə ərazidə baş verən ikinci mina partlayışıdır. Bu qanlı hadisələr Kəlbəcər ərazisində 6 erməni təxribatçısının yaxalandığı dövrə təsadüf edir. Artıq onların təxribatçı, terrorçu hərəkətləri, namərd tələləri özünü göstərməkdədir. Bu gün bir sıra xarici dairələr saxlanılan təxribatçı terrorçu ermənilərin geri qaytarılması üçün hansısa təşəbbüslər göstərirlər. O dairələr bu gün baş verən qanlı hadisəyə, Ermənistanın mina terroruna reaksiya verməlidirlər”.
A.Məmmədov eyni zamanda doğma torpaqlara qayıtmağa can atan vətəndaşlarımıza da müraciət edib: “Sizin bu yöndə istəklərini anlaşılandı. Bunu hamımız istəyirik. Lakin, göründüyü kimi hətta bölgədə xidməti fəaliyyətlə məşğul olan az sayda kontnigentin də həyatı üçün təhlükə qalmaqdadır. Bu baxımdan, bir müddət də hamılıqla səbr, təmkin nümayiş etdirməyə məcburuq”.
