Assambleyanın açılışında Milli Məclis Sədrinin müavini, Milli Məclisin Parlamentlərarası İttifaqdakınümayəndə heyətinin rəhbəri Adil Əliyevin videomüraciəti təqdim olunub. Videomüraciətdəvitse-spiker Azərbaycanda pandemiyanın aradan qaldırılması istiqamətində görülən işlərdən danışıb.
Bildirib ki,pandemiyanın ilk günlərindən ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatı ilə sıxəlaqədə işləyir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Azərbaycanpandemiyaya qarşı mübarizədə nümunəvi ölkələrdən biri kimi nəzərdən keçirilir.Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunun Azərbaycan Prezidenti cənab İlham Əliyevə ünvanlandığı məktubda COVID-19-a qarşı mübarizədəqabaqlayıcı tədbirlər həyata keçirdiyi üçün Azərbaycan Hökumətinin gördüyüişlər yüksək qiymətləndirilib.
COVİD-19 ilə mübarizədə Milli Məclisin səylərindən danışan Adil Əliyev qeydedib ki,pandemiya dövründə Milli Məclis pandemiyanın nəticələrini yumşaltmaq üçün bir sıra qərarlar qəbul edib.
Cari ilin 4 fevral tarixində Milli Məclisin Sədri Sahibə Qafarovanın təşəbbüsü ilə parlamentin Səhiyyə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgəiclasında “Koronavirus infeksiyası (COVID-19) ilə bağlı ölkədəki mövcud vəziyyət,vaksinasiya və digər görülən tədbirlər” mövzusunda videokonfrans formatında dinləmə
keçirilib.
Adil Əliyev videomüraciətinin sonunda diqqətə çatdırıb ki, yalnız qarşılıqlı dəstək, özünümüdafiə və birgə səylərlə “COVID-19”-a qalibgələ bilərik.
Assambleya iclasının ikinci günündə çıxış edən Milli Məclisin Parlamentlərarası İttifaqda nümayəndə heyətinin üzvüKamran Bayramov bildirib ki, beynəlxalq məsuliyyətini yerinə yetirən Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına könüllü töhfələr verib və əksəriyyəti ən az inkişaf etmiş ölkələr olan 30-dan çox ölkəyə koronavirusla mübarizədə birbaşa humanitar və maliyyə yardımı göstərib.
Qeyd edib ki, Azərbaycan Qoşulmama Hərəkatının Sədri qismində 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının COVID-19-a qarşı Təmas Qrupunun onlayn Zirvə görüşünü təşkil edib və Nyu-Yorkda BMT Baş Assambleyasınınkoronavirus xəstəliyi ilə mübarizəyə həsr edilən xüsusi sessiyasınınkeçirilməsinin təşəbbüsçüsü olub.
Kamran Bayramov çıxışında inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında peyvəndlərin qeyri-bərabər və ədalətsiz bölüşdürülməsindənAzərbaycan tərəfinin narahatlığını ifadə edib.
Assambleyanın iclasında çıxış edən 56 ölkənin deputatları təmsil etdikləri ölkələrdə COVID-19-la mübarizədə həyata keçirilən tədbirlər, bu sahədə parlamentlərin rolu barədə məlumat veriblər.
Onlayniclasda Milli Məclisin Parlamentlərarası İttifaqda nümayəndə heyətininüzvləri-Nigar Arpadarai, Pərvin Kərimzadə, Tural Gəncəliyev, Naqif Həmzəyev, Səbinə Xasayeva, Elnur Allahverdiyev və Şahin İsmayılov da iştirak ediblər.
