Sizin reklam burada
Sizin reklam burada
  • MDB PA-nın tədbirlərində

    MDB PA-nın tədbirlərində Mayın 26-da MDB PA-nın 2 daimi komissiyasının videokonfrans formatında iclasları və birgə təşkil etdikləri dəyirmi masa keçirilib.
    MDB PA-nınMədəniyyət, informasiya, turizm və idman üzrə daimi komissiyasının onlayniclasındaMilli Məclisin deputatları – bu komissiyanın sədr müavini Rauf Əliyev və Tamam Cəfərova iştirak ediblər.
    Qeyd edək ki, gündəlikdəki “MDB-yə üzv ölkələrin rəqəmsal inkişaf sahəsində əməkdaşlığı”na və bu sahədə model qanun yaradıcılığına, həmçinin “MDB dövlətlərində elektron formada çap olunmuş nəşrin məcburi surətinin təqdim edilməsi məsələsində vahid yanaşmanın müəyyənləşdirilməsi”nə dair tövsiyə layihələrinə Azərbaycan parlamentinin təklif etdiyi dəyişikliklər və əlavələr öncədən quruma təqdim olunub.
    VideokonfransdaRauf Əliyev “Teatr və teatr fəaliyyəti haqqında” model qanun layihəsinə və bu ilin sentyabrında Krasnoqorskda keçiriləcək idman kinoları festivalına dair müzakirələrdə fikirlərini bildirib.
    ***
    MDB PA-nınAqrar siyasət, təbii ehtiyatlar və ekologiya üzrə daimi komissiyasının iclasında Milli Məclisin deputatı, bu komissiyanın sədr müaviniMixailZabelin iştirak edib.
    Videokonfransdaekoloji təhlükəsizlik, istehsal və istehlak tullantıları, xüsusi mühafizə olunan təbiət əraziləri, taxıl, arıçılıq, radioaktiv çirklənməyə məruz qalan ərazilərin hüquqi rejimi və s. haqqında model qanun konsepsiyaları, həmçinin “Müasir şəhərin siması” mövzusunda konfransa hazırlığın gedişi müzakirə olunub.
    MixailZabelin çıxış edərək 30 illik işğal dövründə Ermənistan tərəfin Azərbaycan ekologiyasına və təbii sərvətlərinə vurduğu ziyanıfaktlarla MDB parlamentarlarının diqqətinə çatdırıb, minlərlə hektar meşə massivinin məhv edildiyini bildirib və bununla bağlı məsuliyyət məsələsinin MDB PA sənədlərində ehtiva olunmasını təklif edib.
    ***
    MDB PA-nınyaz sessiyası çərçivəsində keçirilən “MDB ölkələrində kənd turizminin inkişafı. Problemlər və perspektivlər”mövzusunda dəyirmi masada Azərbaycanı Milli Məclisin deputatları Rauf Əliyev və Tamam Cəfərova təmsil ediblər.
    Qarışıq formatda (canlı və onlayn) təşkil olunmuş birgə tədbirdən əsas məqsəd kənd turizminin inkişafperspektivlərini araşdırmaq, problemin qanunvericilik aspektlərini ətraflı müzakirə etmək, kənd turizminin inkişafı istiqamətində uğurlu strategiya və proqramların həyata keçirilməsi üçün məlumat və təcrübə mübadiləsindən bəhrələnmək olub.
    MDB PA-nın tədbirlərindəMDB PA-nın tədbirlərindəMDB PA-nın tədbirlərində



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ